Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhəri Baş Səhiyyə İdarəsi tabeliyindəki xəstəxanalarda
2014-cü ilə tələb olunan ərzaq məhsullarının satınalınması məqsədilə
A Ç I Q T E N D E R E L A N E D İ R
Tender 5 (beş) lot üzrə keçirilir:
Lot - 1 Ərzaq məhsullarının satınalınması (Xəzər rayonu üzrə).
Lot - 2 Ərzaq məhsullarının satınalınması (Suraxanı, Nizami və Binəqədi rayonları üzrə).
Lot - 3 Ərzaq məhsullarının satınalınması (Qaradağ və Xəzər rayonları üzrə).
Lot - 4 Ərzaq məhsullarının satınalınması (Nəsimi, Nərimanov və Xəzər rayonları üzrə).
Lot - 5 Kənd təsərrüfatı məhsullarının satınalınması (Suraxanı, Nizami və Binəqədi rayonları üzrə).
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı hər ay müəyyən edilmişdir və 30 dekabr 2014-cü il tarixə kimi nəzərdə tutulmuşdur.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Xanlar Hüseynov , telefon: 012 495-38-28
Ünvan: Bakı Şəhər Baş Səhiyyə İdarəsi, M. Mirqasımov küçəsi, 1A.
Maraqlananlar lotlar üçün əsas şərtlər toplusunu aşağıdakı məbləğdə işitrak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
Lot - 1 - 300 manat
Lot - 2 -200 manat
Lot - 3 -350 manat
Lot - 4 -150 manat
Lot - 5 -150 manat
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
ADI: MNDXA - nın 8 saylı Xəzinədarlıq İdarəsi
KOD: 210005
VÖEN: 1401555071
MÜXBİR HESAB: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK: CTREAZ22
HESAB: N AZ54JTRE00000000000002128202
KİTAB: N 002736
VÖEN: 1400125591
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün 13 dekabr 2013-cü il saat 18.00 -a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifləri dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər: bank rekvizitləri, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və lisenziyanın surəti;
- iddiaçının potensial imkanlarının olması haqqında texniki məlumat;
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub - olmaması haqqında arayış.
İddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.
Tender təklifi 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1,0% -i həcmində bank təminatı ilə birlikdə 24 dekabr 2013-cü il saat 18.00-a dək ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə M.Mirqasımov küçəsi, 1A nömrəli ünvanda Bakı Şəhər Baş Səhiyyə İdarəsinə təqdim olunmalıdır.
Tender təklifi tender proseduru keçirildiyi tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır.
Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.
İddiaçıların tender zərfləri Bakı şəhəri M.Mirqasımov küçəsi, 1A nömrəli ünvanda Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin mərkəzi mühasibatlığında 25 dekabr 2013-cü il saat 10.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.