AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ Daxili Qoşunların Baş İdarəsi

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ Daxili Qoşunların Baş İdarəsi

 2014-cü il üçün əşya əmlaklarının satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR 

Tender 17 lot üzrə keçirilir:

Lot 1: Baş zabit heyəti üçün zeytun rəngli furajka, kiçik zabit heyəti üçün zeytun rəngli furajka, MAXE hərbi qulluqçuları üçün zeytun rəngli furajka.

Lot 2: Zeytun rəngli təbii xəzdən qulaqlı papaq, zeytun rəngli süni xəzdən qulaqlı papaq.

Lot 3: Zeytun rəngli qış paltosu z/h.

Lot 4: Zeytun rəngli demisezon palto z/h.

Lot 5: Zeytun rəngli yaxası boğazacan yarımyun köynək, zeytun rəngli yaxası üçbucaq şəkilli yarımyun köynək.

Lot 6: Zeytun rəngli qış kiteli və şalvarı, zeytun rəngli qış kiteli və tumanı.

Lot 7: Zeytun rəngli yay kiteli və şalvarı, zeytun rəngli yay kiteli və tumanı.

Lot 8: Zeytun rəngli demisezon gödəkcə və şalvar, zeytun rəngli demisezon gödəkcə və tuman.

Lot 9: Bej rəngli qısaqol köynək zabit heyəti üçün, bej rəngli qısaqol köynək qadın heyəti üçün, bej rəngli uzunqol köynək zabit heyəti üçün, bej rəngli uzunqol köynək qadın heyəti üçün, ağ rəngli uzunqol köynək zabit heyəti üçün.

Lot 10: Komuflyaj rəngli isti səhra gödəkcəsi, komuflyaj rəngli qış səhra kostyumu furajka ilə.

Lot 11: Komuflyaj rəngli yay səhra kostyumu furajka ilə.

Lot 12:  Zabit heyəti üçün zeytun rəngli plaş.

Lot 13: Uzunboğaz botinka.

Lot 14:  Qadın heyəti üçün qara rəngli uzunboğaz botinka. Qara rəngli qış tuflisi, qara rəngli yay tuflisi.

Lot 15: Zeytun rəngli trikotaj alt tumanı və köynəyi, zeytun rəngli trikotaj isti alt tumanı və köynəyi.

Lot 16: Komuflyaj rəngli plaş-çadır.

Lot 17: İplik corab.

 Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində əşya əmlakının keyfiyyəti nəzərə alınmaqla ən aşağı qiymətə və əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli  tender təklifinə üstünlük veriləcəkdir.

 Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını 20 noyabr 2013-cü il tarixədək Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər:  Lot №-si İştirak haqqının  məbləği (manatla) Lot №-si İştirak haqqının  məbləği (manatla)

1-ci 50      10-cu 70

2-ci 80      11-ci 170

3-cü 110   12-ci 50

4-cü 110   13-cü 450

5-ci 80      14-cü 100

6-cı 200    15-ci 150

7-ci 110    16-cı 30

8-ci 200    17-ci 50

9-cu 180

 B1. Benefisiar (alan) bank

Adı: Dövlət Xəzinədarlığı Agentliyi

kod: 210005

VÖEN: 1401555071

m/h: AZ41NABZ01360100000000003944

SWİFT BİK CTREAZ22.

B2. Vəsaiti alan müştəri (benefisiar)

Adı: DİN-in Daxili Qoşunlarının Baş İdarəsi

h/h № AZ44CTRE00000000000002458570

VÖEN: 1500426471.

D3. Büdcə təsnifatının kodu 142340

D4. Büdcə səviyyəsinin kodu 7.

 İştirak haqqı heç bir halda geri qaytarılmır.

Bütün iddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-  tenderdə  iştirak  etmək  üçün  ərizə (ərizədə  müəssisənin adı,  yerləşdiyi  ünvanı,  poçt  indeksi,  telefon  nömrələri,  rəhbərinin  adı,  soyadı   göstərilməklə,  möhürlənmiş  və imzalanmış olmalıdır);

-   iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

-  tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-  tender təklifi qiymətinin 3 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olmalıdır. Bank  təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

-  Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);

-  iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

-  iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti ;

-   analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).

Tender iştirakçıları iştirak etdikləri lotlar üzrə 26 noyabr 2013-cü il  saat 12.00-a qədər, texniki spesifikasiyaların tələblərinə uyğun hazırlanmış hər bir maldan 3 (üç) nüsxədə nümunə, həmin malların uyğunluq sertifikatlarının əslini isə 1 (bir) nüsxədə daxili qoşunların mərkəzi anbarlarına (Bakı, Nərimanov rayonu, Y.Çəmənzəminli küçəsi, 129) təqdim etməlidirlər. Müayinələrin nəticəsi haqqında həmin mallar üzrə tender təkliflərinə dair zərflərin açılışından sonra məlumat veriləcəkdir.

Tender iştirakçılarından tələb olunan sənədlər 26 noyabr 2013-cü il   saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 4 dekabr 2013-cü il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsinin beşinci mərtəbəsində yerləşən tender komissiyasında əlaqələndirici şəxslərə təqdim edilməlidir.

Göstərilən müddətdən gec təqdim olunmuş tender təklifləri qəbul olunmayacaqdır.

Tender zərflərinin açılması proseduru 5 dekabr 2013-cü il  saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4 ) keçiriləcəkdir.

İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.  İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:

Ünvan: Bakı şəhəri, Q. Musabəyov küçəsi, 4

Telefon: 569-95-10.

Əlaqələndirici: E.Əliyev. 

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında