Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ixtisaslaşdırılmış televiziya kanalının (Mədəniyyət televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna müsabiqə elan edir
Müsabiqədə aşağıdakı şəxslər iştirak edə bilməzlər:
-Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər;
-nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin payı olan hüquqi şəxslər;
-ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş şəxslər;
-fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər;
-siyasi partiyalar;
-dini qurumlar.
Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1.Yayım üzrə xüsusi razılıq (lisenziya) almaq üçün müəyyən olunmuş qaydada ərizə (Ərizə formasını Milli Televiziya və Radio Şurasından əldə etmək olar);
2.Teleradio yayımı kanalının fərqləndirici nişanı (telestudiyanın emblemi);
3.İddiaçının fəaliyyət növünü əks etdirən Nizamnamənin notariat qaydasında təsdiq olunmuş surəti və təsis müqaviləsi (təsisçilərin sayı 1-dən çox olduğu halda);
4.Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş qeydiyyat şəhadətnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti;
5.Yayımın proqram konsepsiyası;
6.Kadr tərkibi və kadrların peşə hazırlığının səviyyəsi barədə arayış;
7.Teleradio verilişlərinin hazırlanmasında və yayımlanmasında istismar olunacaq əsas qurğu və avadanlıqlar (1 və 2 saylı əlavələr doldurulmaqla);
8.Balansın (1 saylı forma) surəti;
9.Əsas vəsaitlərin balans üzrə siyahısı (ilkin və qalıq dəyəri ilə);
10.İcarəyə götürülmüş əsas vəsaitlərin siyahısı, icarə müqavilələrinin surəti;
11.Teleradio yayımçısının istifadə edəcəyi ötürücü qurğunun texniki tələbləri;
12.Təsisçinin əmək fəaliyyətini əks etdirən geniş tərcümeyi-halı;
13.Müsabiqədə iştirak etmək üçün 200 (iki yüz) manat həcmində birdəfəlik ödəniş.
Qeyd:
1.Müsabiqə üçün tələb olunan sənədlər Azərbaycan Respublikasının dövlət dilində təqdim olunur.
2.Sənədlər tikilməli, imzalanmalı, möhürlənməli və tarixi qeyd olunmaq şərti ilə Milli Televiziya və Radio Şurasına təqdim olunmalıdır.
3.Sənədlər 7 nüsxədə təqdim olunmalıdır.
4.Müsabiqədə iştirak etmək üçün birdəfəlik ödəniş geri qaytarılmır.
5.Yuxarıda göstərilən sənədlərdən hər hansı birinin çatışmadığı halda ərizəyə baxılmayacaqdır.
HESAB NÖMRƏSİ:
Azərbaycan Beynəlxalq Bankının Mərkəzi filialı
Kodu: 805722
Müxbir hesabı: 0137010002944
VÖEN: 9900001881
S.W.I.F.T.: İB AZ. AZ 2X
Adı: AR MN MOXİ
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası
VÖEN: 1700232971
Hesab nömrəsi: COR 328518 AZN 3201-01
Xəzinə hesab kitabı: 06168 VÖEN: 17003411881
Müsabiqə üçün tələb olunan sənədlər 4 avqust 2010-cu il tarixdən 4 sentyabr 2010-cu il tarixədək (şənbə və bazar günləri istisna olmaqla) Milli Televiziya və Radio Şurasının inzibati binasında saat 10:00-dan 18:00-dək qəbul edilir.
Əlaqələndirici şəxslər: Nemət Cavadov
Tohid Əliyev
Əlaqə telefonları: 598-37-54, 598-32-24.
Ünvan: Bakı şəhəri, Nizami küç., 105.
{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında