Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)

 

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)

Tibbi sığorta xidmətlərinin

satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq mümkündür.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən açıq tender ARDNF-in əməkdaşlarının tibbi sığorta xidmətlərini əhatə edir.

Satın alınacaq xidmətlər Azərbaycan Respublikasında göstərilməlidir.

Tender proseduru 20 dekabr 2013-cü il, yerli vaxtla saat 11.00-da ARDNF-in yerləşdiyi Bakı şəhəri, Neftçilər prospekti, 24 nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

* tenderdə iştirak etmək üçün ərizə;

* podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

* podratçının ixtisas göstəricilərinə dair məlumat;

* tender təklifi (tender təklifi qiymətinin 3 faizi həcmində tender təklifinin təminatı (bank təminatı) ilə birlikdə);

* podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər 10 dekabr 2013-cü il, yerli vaxtla saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 19 dekabr 2013-cü il, yerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1000, Bakı şəhəri, Neftçilər prospekti, 24 nömrəli  ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Podratçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün tibbi sığorta sahəsində ən azı 10 illik təcrübəyə, texniki və maliyyə imkanlarına, idarəetmə səriştəsi kimi meyarlara üstünlük veriləcəkdir.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Tenderlə əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara təqdim ediləcəkdir.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər. Tenderlə əlaqədar suallar və sorğular [email protected] ünvanlı elektron poçta və ya (+994 12) 498 17 60 nömrəli faksa (əlaqələndirici şəxslər Sitarə Mirabdullayeva və  Kəmalə Rəhimovaya) göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 128,198)

Tender komissiyası

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında