MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA DƏVƏT

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi №7435 - AZ

ƏMDK-nın  İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin binasının tikintisinə və keyfiyyətinə nəzarət  üzrə məsləhətçi şirkətin (MŞ) seçilməsi

 

İstinad  No.: RERP/PP#40-A1/CS/CQS.

Azərbaycan Hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı (DƏQ) Layihəsinin maliyyələşdirilməsi  məqsədilə kredit almışdır və   onun müəyyən bir hissəsini tikintiyə və  keyfiyyətə  nəzarət  üzrə məsləhətçi xidmətləri üçün istifadə etmək niyyətindədir. 

Bu  maraq  ifadələrinin  təqdimatı  üçün  elanın  məqsədi  Əmlak Məsələləri Dövlət Komitəsinin  İnformasiya  Texnologiyaları (İT) və  Məlumat  İdarəetmə  Mərkəzinin  binasının  tikintisinə  və  keyfiyyətə  nəzarət üzrə  xidmətlərin  göstərilməsi   sahəsində  mütəxəssislərə malik   məsləhətçi  şirkətin   seçilməsidir.

İnformasiya  Texnologiyaları Mərkəzi DƏQ  Layihəsi  çərçivəsində  bütün  informasiya kommunikasiya texnologiyaları   resurslarının, şəbəkələrin və texniki  avadanlıqların idarə edilməsi, elektron  xidmətlərin  təşkili və  göstərilməsi, Azərbaycanda digər qurumların informasiya sistemləri və aparıcı reyestrləri ilə əlaqələrin aparılması və DƏQ Layihəsi  çərçivəsində bunların idarə edilməsinə imkan verəcək  məkan kimi nəzərdə tutulur. Əmlak  Məsələləri üzrə  Dövlət  Komitəsi (sifarişçi)  İnformasiya  Texnologiyaları  Mərkəzinin tikintisinə 2013-cü il sentyabrın 1-də  başlamışdır. Tikinti  işlərini  icra  edən  şirkət (podratçı) beynəlxalq  tender  prosedurları  vasitəsilə seçilmişdir və Dünya  Bankının  vəsaiti ilə həyata keçirilən Daşınmaz  Əmlakın   Qeydiyyatı (DƏQ)  Layihəsi  tərəfindən  maliyyələşdirilir.

Tikinti  mərhələsi  üçün  vaxt  çərçivəsi 12 aydır.

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin Layihə İdarəetmə Qrupu müvafiq məsləhətçi şirkətləri (məsləhətçilər) xidmətlərin təmin edilməsində öz maraqlarını ifadə etməyə dəvət edir.  Maraqlanan məsləhətçi şirkətlər  xidmətlərin  icra  edilməsi  üçün  aşağıda  göstərilmiş, tələb olunan  keyfiyyətlərə və müvafiq təcrübəyə malik olduqlarını göstərən məlumatları təqdim etməlidirlər:

1. Məsləhətçi  şirkət  tikinti  müddətində  layihənin  düzgün  şəkildə  idarə  olunması, satınalma  xidmətləri, həmçinin  qüsurların   aradan   qaldırılması   üçün məsuliyyət/texniki dəstək   müddəti   ərzində   tikinti   işlərinə   nəzarət   və  mühəndislik  xidmətlərini təmin   etmək   məqsədilə  kifayət  qədər   ixtisaslı  və  təcrübəli  heyəti  təmin edəcək.

 2. MŞ   işlərin  vaxtında  yerinə  yetirilməsini  və  maliyyə   vəsaitlərinin  səmərəli istifadəsini   təmin   etmək   məqsədilə   tikinti   başa   çatana  və   bütün   əsas obyektlərin   istifadəyə   verilməsinə   qədər   öz   əsas   heyətinin   işlər   gedən   sahədə  sabit   iştirakını  təmin  edəcək.

3. MŞ-in  heyəti  əsas  və  yardımçı  heyətdən  ibarət  olmalıdır.  Məsləhətçi şirkətdən yuxarıda   qeyd  olunan  təcrübə  və  tapşırıqlar   baxımından   bu  tapşırığın tələbləri   əsasında  üç   əsas  kateqoriyanı  daxil   edən  və   bununla  məhdudlaşmayan   ixtisaslı  ekspertlərdən  ibarət   olan  məsləhətçi  komandasını  təsis etməsi gözlənilir.

Tələb  olunan  heyət  aşağıdakı  kimidir:

Komanda  rəhbəri /baş mühəndis

Mülki   mühəndis

Elektrik   mühəndisi

Mexanika   mühəndisi

Memar

Smetaiş həcmləri üzrə mühəndis

Ekologiya üzrə mütəxəssis

Texniki köməkçi

4. Bütün əsas heyətin  tərcümeyi-halı MŞ-in   təklifi  ilə  təqdim olunmalıdır. Layihə meneceri/komanda rəhbəri  və  əsas  nəzarət  mühəndisinin  tərcümeyi-halı   tələb  olunarsa  sifarişçinin  müsahibə   keçirməsinə   imkan yaratmaq   məqsədilə  təklif  olunan  şəxslər  üçün  birbaşa   əlaqə  detallarını  daxil  etməlidir.

5. Tapşırığın  müddəti  işlərin  başlanması  ilə  bağlı  bildirişdən  sonra  10  ay nəzərdə  tutulmuşdur.

Şirkət   podratçının  səfərbərlik və müqavilə üzrə əməliyyatlarla bağlı iş  cədvəlinin nəzərdən  keçirilməsi  xidmətini  təmin edəcək. Məsləhətçi şirkət podratçının  təklif etdiyi icra cədvəlini, müxtəlif fəaliyyətlər arasındakı əlaqələri  nəzərdən  keçirməli, yekunlaşdırmalı  və sifarişçinin  təsdiqləməsi üçün ona təqdim  etməli; tikinti işlərinin  icra olunduğu  bütün  vaxt  ərzində  layihə  yerində  iştirak etməli; podratçı ilə tikinti  işlərinin  planlaşdırılması  fəaliyyətlərini  və idarə edilməsi vəziyyətini qiymətləndirməli; podratçının  keyfiyyət planını nəzərdən keçirməli və  sifarişçiyə rəylər  verməli; avadanlıqların, materialların və  işlərin  layihə  xüsusiyyətlərinə, tikinti   norma və qaydalarına, texniki  şərtlərə  uyğunluğunu  araşdırmali və  yoxlamalıdır. Digərləri  ilə  yanaşı, məsləhətçi şirkət  materialların  laboratoriya-sınaq  nəticələrini  əldə  edərək uyğunluq haqqında rəy verməli, belə  materialların və  işlərin müqavilə xüsusiyyətlərinə  uyğun gəlmədiyi halda,  sifarişçiyə  və  podratçıya  dərhal  bildiriş verməli; icra  edilmiş işlərin  kəmiyyətini müəyyən etməli, podratçının  işlərinin   smeta dəyəri  ilə  bağlı  aylıq bəyanatları  yoxlamalı və  rəy   bildirməli, ödənişləri  təsdiqləməli, o  cümlədən işin hissələrinin və ya bütövlükdə  tamamlanmasını yoxlamalı və rəy verməli; quraşdırılmış konstruksiya və  avadanlıqların  sınaqlarının  aparılmasını  təşkil etməli və bu  sınaqlarda  bilavasitə iştirak etməli, nəticələrlə bağlı rəylər verməli; tamamlanmış  işlərin  hər  hansı  hissəsi  və  yaxud  hissələrinin  qəbulu, qəbuldan imtina edilməsi ilə bağlı  sifarişçiyə  tövsiyələr  hazırlamalı; planlardakı  və  yaxud  xüsusiyyətlərdəki zəruri ola  biləcək  dəyişikliklərlə  bağlı və yaxud  sifarişçi  ilə bankın təsdiqləyə  biləcəyi  istənilən  dəyişikliklərlə əlaqədar  sifarişçiyə  məsləhət verməli; yerdə  qalan  iş  həcmlərini   dövri  olaraq  yoxlamalı  və layihə xərclərinin davamlı olaraq  monitorinqini  həyata keçirməli; vaxtın  uzadılması, əlavə  işlərə  görə  ödəniş və vaxtaşırı  ortaya çıxa biləcək digər məsələlərlə bağlı məsləhətçi şirkətin  irəli sürdüyü iddiaları araşdırmalı və sifarişçiyə tövsiyələr verməli; ortaya çıxa biləcək planlaşdırılmamış işlərin qiymətləri  barədə  danışıqlar aparmalı və sifarişçiyə tövsiyələr verməli;  işlərin  gedişi  ilə  əlaqədar  sifarişçi və  bank  üçün  aylıq  hesabatları  hazırlamalı; sifarişçi  tərəfindən  təsdiq edilmiş “ekologiyanın   idarə  edilməsi  planı”-nın  tətbiq  edilməsinin   monitorinqini  həyata  keçirməli və   ekoloji  yüngülləşdirmə işlərinə  nəzarət  etməli; işlərin və  avadanlıqların  təftişini  icra  etməli  və  sifarişçi üçün 12 aylıq texniki  dəstək və öhdəlik dövrlərinin  başlanma  tarixini təsdiqləməli; sifarişçini layihə sənədlərində  istənilən  dəyişikliklərin  qeydə alındığı faktiki  tikinti  sənədlərinin  tam   nüsxəsi ilə  təmin etməli; texniki dəstək dövründə işləri  təftiş  etməli və texniki dəstək  üzrə  hesabatı təqdim etməli; layihənin  tamamlanması  ilə  bağlı  hesabat  hazırlamalıdır.

Maraqlanan məsləhətçilər “BYİB və BİA kreditləri üzrə Dünya Bankının Borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işlə təmin edilməsi” üzrə təlimatında  (may 2004) (məsləhətçilərlə bağlı təlimat) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətindən bəhs edən 1.9-cu paraqrafını nəzərə almalıdırlar.

Məsləhətçi, məsləhətçilərlə bağlı təlimatda müəyyən edilmiş məsləhətçinin ixtisasına əsaslanan seçim (CQS) metoduna müvafiq olaraq seçiləcək.

Maraqlanan şirkətlər aşağıda göstərilən ünvandan iş günü ərzində, saat 9:00-dan  17:00-dək daha ətraflı məlumat əldə edə bilərlər.

 Maraq ifadələri 2013-cü il  15 noyabra kimi yazılı şəkildə aşağıdakı ünvana ya şəxsən, ya da elektron formada təqdim edilməlidir.

Daşınmaz   Əmlakın   Qeydiyyatı   Layihəsi

Layihə  İdarəetmə Qrupu

Günel  Səfərəliyeva,  satınalma mütəxəssisi

Daşınmaz   Əmlakın    Dövlət   Reyestri   Xidmətinin  binası,

Hüseyn  Cavid  prospekti 31, 6-cı   mərtəbə, otaq 612,

AZ1073, Bakı, Azərbaycan.

 

Əlaqə  telefonu:  +99412 510 91 45 (7227)

Email:  [email protected]

             [email protected]

             [email protected] 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında