Fövqəladə hallar naziri Abşeron rayonunda vətəndaşları qəbul edəcəkdir

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 25-də saat 11.00-dan Abşeron rayonunda vətəndaşları  qəbul edəcəkdir.

Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, qəbulda Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə) oktyabrın 24-də saat 9.00-dan başlayacaqdır.

Vətəndaşlar qəbula yazılmaq üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: 994 (12) 512-01-14, e-mail: [email protected]

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında