Azərbaycan paytaxtında qurbanlıq heyvanların satışı təşkil olunacaq

 

Oktyabrın 15-də səhər saatlarından etibarən Qurban Bayramı ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlarının heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakı şəhəri və Bakı ətrafı qəsəbələrdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən “APA -Economics”ə verilən məlumata görə, satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunacaq.

Qurbanlıq heyvanların satış ünvanları:

Qaradağ rayonu

- Lökbatan qəsəbəsi, “Meyvəli” bazarının yanı;

- Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı;

Səbail rayonu

- Bibiheybət yolu, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanı;

- 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasındakı boş sahə;

Yasamal rayonu

- Şərifzadə küçəsi, 196, “İdeal” şadlıq sarayının həyəti;

Binəqədi rayonu

- 8-ci mikrorayon, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsi;

- Rəsulzadə qəsəbəsi, Binəqədi şosesinin sağ tərəfi, “Baksol” yolu ilə kəsişmənin yanı;

- Biləcəri qəsəbəsi, T.Yaqubov 12 A, (Bələdiyyənin qarajı);

- Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 78, Qəsəbə mərkəzi;

Nərimanov rayonu

- Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı;

Nizami rayonu

- R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsi, “Milord” restoranının yanı;

Xətai rayonu

- Nobel prospekti, “Nargilə” kafesinin yanı;

- Gəncə prospekti, “Fərid” şadlıq evinin qarşısı;

Sabunçu rayonu

- Bakıxanov qəsəbəsi, dəmiryolu stansiyasının arxa hissəsi;

- Zabrat-Kürdəxanı yolu, Zabrat dairəsi;

Suraxanı rayonu

- Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı;

- Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, “Bakı Toxuculuq” ASC-nin yanı;

- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, “Neftçi” stadionunun yanı;

- Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 114 saylı yaşayış evinin yanı;

- Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı;

Xəzər rayonu

- Binə qəsəbəsi, Əliağa Vahid küçəsi 6, Sovxoz yolu;

- Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, Qala dəmiryolu stansiyasının yanı;

- Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, Mərdəkan qəsəbəsinin girişi, “Bank of  Baku”nun qarşısı;

Qeyd edək ki, qurbanlıq heyvanların satış yarmarkaları oktyabrın 15-16-da fəaliyyət göstərəcək.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında