Şriftin ölçüsü:
30.07.2010 08:33 | Oxunma sayı: 439
{nl}
Lotereya həvəskarları üçün 2010-cu ilin ilk yarısı yeni layihələrlə, uduşlarla əlamətdar olub və onların bəzilərini yada salmağa dəyər. Deyirlər ki, statistik rəqəmlər adətən cansıxıcı, yorucu olur. Zənnimizcə bu fikri "Azərlotereya" ASC-yə şamil etmək olmaz. Çünki burada səslənən hər bir rəqəm kiminsə xoşbəxtliyi, sevinci deməkdir. Özünüz baxın. İl başlayandan bəri lotereya istehlakçıları istisnasız olaraq hər həftə ən azı 3 ədəd "Nissan Sunny" avtomobilinə və hər biri 5000 manatdan az olmayaraq 2 pul uduşuna sahib olub. Beləliklə, yarım il ərzində yalnız ənənəvi "Yeni Binqo", "Ailə sevinci" və "5+1" lotereyalarında 100 faizli uduşlar üzrə 72 nəfər "Nissan Sunny" avtomobilinə və 46 nəfər 5000 manatlıq pul uduşuna sahib olublar. Buraya bir neçə möhtəşəm uduş haqda məlumatı əlavə etmək məqsədə- uyğundur. Sözü gedən dövrdə Bakı sakini Məhərrəmov Elnur Kommunar oğlu "5+1"lotereyasında 102 000 manat uddu. Çoxları bu böyük məbləğin bir müddət rekord kimi qalacağını zənn edirdi. Lakin, lotereya həvəskarlarının həyəcanla gözlədikləri hadisə daha tez baş verdi və Azərbaycan lotereya oyunları tarixində yeni uduş rekordu müəyyən edildi. "Ailə sevinci" lotereyasında Yardımlı rayon sakini Novruzov Zaur Qaraxan oğlu 130 000 manat məbləğində "cek pot"u uddu.
Bu yarım il ərzində həyata vəsiqə alan "Şans" ani lotereya oyunu yüzlərlə insana irili- xırdalı uduşlar bəxş etməklə bərabər Abdullayev Ənvər Qara oğlunu bir an içərisində 20 min manatın sahibi etdi. Bu dövrdə başlayan "Uğur" lotereya oyunu Bakı sakini Şirəliyev Vaqif İbad oğluna uğur gətirdi və o, Novruz bayramında "Toyota Corolla" avtomobilinin açarlarını təhvil aldı. Yeni layihələr arasında "5/36" oyununu qeyd etməmək mümkün deyil. Məlumdur ki, bu oyunu intellektual oyun hesab edənlər var. Zaqatala sakini Abbasov Rövşən Hidayət oğlu isə, özünün dediyinə görə bir qayda olaraq rastlaşdığı tanış-bilişindən ona 1-dən 36-dək beş rəqəm söyləmələrini xahiş edir və... Beləliklə, bu yolla seçilmiş rəqəmlər olan variant Rövşəni 92 744 manatın sahibi etdi.
2010-cu ilin ilk yarısından danışarkən yeni, "Taleh açarı"nı xüsusi qeyd etmək lazımdır. Bu lotereyanın ilk iki tirajında 55 ailə Bakı şəhərində təmirli mənzilə sahib olub. Baxın, kiçicik bir cümlə nə qədər xoşbəxtlik, sevinc yükü daşıyır.
55 ailə - 55 mənzil! Möhtəşəmdir, deyilmi? 46 ədəd 5000 manatlıq uduş, 72 ədəd "Nissan Sunny", Bakı şəhərində 55 təmirli mənzil, 20 000 manat, 92 744 manat, 102 000 manat, 130 000 manat, yüzlərlə sanballı, 100 minlərlə irili-xırdalı pul uduşları!
Yeri gəlmişkən, siz bu sətirləri oxuyanda iyul ayı bitmək üzrədir və bu planlar artıq həyata keçməkdədir. İyul ayının 9-da "Taleh açarı" lotereyasının üçüncü tirajında daha 30 ailə yeni mənzil sevincini yaşadı. Lotereya həvəskarları səbirsizliklə sabahı - ayın 31-ni, möhtəşəm "Avtoşou" lotereyasının ilk tirajını gözlıyirlər. Bu da təbiidir - 1000, 2000, 3000, 5000 manat pul uduşlarından əlavə "Toyota Corolla", "KİA RİO" və "VAZ 2107" daxil olmaqla 15 avtomobil öz sahiblərini gözləyir. Bütün bu avtomobillər və pullar lotereya biletlərinin seriya nömrələri ilə oynanılmaqla 100% uduşludur. Deyilənlər yalnız iyul-avqust aylarına aiddir. Lotereya həvəskarlarını isə bir-birindən maraqlı yeni oyunlar və ən əsası yeni uduşlar gözləyir.
Sonda "Azərlotereya" ASC-nin bir rəsmi məlumatını lotereya həvəskarlarının diqqətinə çatdırmaq istərdik. Lotereya həvəskarlarının arasında günü-gündən populyarlaşan "5/36" oyunu ilə "5+1" oyunlarının forma və məzmunca oxşarlığını nəzərə alaraq, "5+1" oyununun keçirilməsi iyul ayının 24-dən etibarən dayandırılıb. Bu oyunun əvəzinə isə yeni layihə - "Piramida" oyunu həyata vəsiqə alır. Yaxın günlərdə - avqustun 7-də "Piramida" oyununun ilk tirajı keçiriləcək. Bu gözəl və maraqlı oyun haqda təkçə onu demək kifayətdir ki, "cek pot"un ilkin məbləği 35 000 manatdır.
{nl}
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.