Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi

 

“Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üçün Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkarların və menecerlərin 2014-cü ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədilə

MÜSABİQƏ  ELAN  EDİR

Proqramın məqsədi Azərbaycanın şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşün genişlənməsinə şərait yaratmaqdır.

Namizədlərə aşağıdakı tələblər irəli sürülür:

ali təhsil (bakalavr və ya magistr dərəcəsi);

menecment sahəsində azı 1 (bir) il iş təcrübəsi;

yaşı 45-dən çox olmamalı;

ingilis dilini bilməli.

Qeyd: Tədris və təcrübə ingilis dilində aparılacaqdır.

Almaniyada keçiriləcək  ixtisasartırma kursu aşağıdakı mərhələlərdən ibarətdir:

1. treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması);

2. şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq).

İxtisasartırma kursunun keçirilməsi vaxtı: mart - aprel 2014-cü il

İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür.

Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.

2013-cü il oktyabrın 29-31-də Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ)  mütəxəssisləri tərəfindən namizədlərin seçilməsi üçün müsabiqə keçiriləcəkdir.

Namizədlər aşağıdakı formaları (iki nüsxədən ibarət) tələb olunan qaydada doldurmalı və qeyd olunan ünvana şəxsən təqdim etməlidirlər:

- namizəd haqqında məlumat; (Candidate Profile)

- zəmanət məktubu; (Letter of Refrence)

- vəzifəsi göstərilməklə  təşkilat rəhbəri tərəfindən təsdiq olunmuş iş yerindən arayış.

Formaları Bakı Biznes Tədris Mərkəzinin  www.bbtc.az  saytından əldə etmək olar. 

Sənədlər 2013-cü il oktyabr ayının 28-dək aşağıdakı ünvanda qəbul ediləcəkdir:

Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, 172,  4-cü mərtəbə, otaq 402, tədrisin təşkili və metodikası şöbəsi.

Əlaqələndirici şəxs: Məlahət Kazımova

Tel: (012) 431-39-07, 430-93-22,  e-mail: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında