Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində “Bilik İdarəetmə Sistemi”nin, “Tədqiqatlar və maliyyə savadlılığı portalı”nın, multimedia xarakterli dərs vəsaitlərinin hazırlanması üçün “Studio”nun yaradılması məqsədilə

 

T E N D E R  E L A N I

1. Azərbaycan Respublikası Mərkəzi Bankı “Bilik İdarəetmə Sistemi”nin, “Tədqiqatlar və maliyyə savadlılığı portalı”nın, multimedia xarakterli dərs vəsaitlərinin hazırlanması üçün “Studio”nun yaradılması məqsədilə açıq tender keçirir.

Tender proseduru 13 noyabr 2013-cü il saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

2.Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

-tenderdə (hər lot üçün) iştirak üçün yazılı müraciət;

-tenderdə (hər lot üçün) iştirak haqqının ödənilməsi barədə bank arayışı;

-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı barədə şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

-iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

-Azərbaycan Respublikasında vergilərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

-Azərbaycan dilində iki nüsxədə  tender təklifi (hər lot üçün) (tender təklifi 25 dekabr 2013-cü il tarixədək qüvvədə olmalıdır);

-hər lot üçün tender təklifinin qiymətinin 1 (bir) faizi  məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);

-Mərkəzi Bankın müəyyən etdiyi tələblərə oxşar olan son 3 (üç) il ərzində yerinə yetirilən ən azı 2 (iki) layihənin açıqlanmasını və ən azı 2 (iki) müştərinin adını, ünvanını və telefon nömrəsini əks etdirən sənəd;

-təklif olunan sistem və avadanlıqlar üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiq edən sənəd;

-əsas şərtlər toplusunda nəzərdə tutulmuş iddiaçıya dair digər məlumatlar.

3.İddiaçı 3 (üç) ildən az olmayan müddətdə hüquqi və maliyyə cəhətdən müstəqil fəaliyyət göstərən şirkət olmalıdır.

4.İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 12 noyabr 2013-cü il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 31 oktyabr 2013-cü il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

5.İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər lot üçün 300 (üç yüz) manat məbləğində vəsait köçürməlidirlər: Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № AZ25NABZ01701190000000001944, m/h AZ74NABZ01451700000000001944, kod 501004, VÖEN 9900071001.

6.Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № AZ25NABZ01701190000000001944

7.İşlərin görülməsi müddəti:

-“Bilik İdarəetmə Sistemi”nin yaradılması müddəti: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən 12 (on iki) ay ərzində;

-“Tədqiqatlar və maliyyə savadlılığı portalı”nın yaradılması müddəti: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən 8 (səkkiz) ay ərzində;

-Multimedia xarakterli dərs vəsaitlərinin hazırlanması üçün “Studio”nun yaradılması müddəti: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən 4 (dörd) ay ərzində;

8.Qiymətləndirmə meyarları: qiymət və texniki amillər.

9.Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Rövşən Babaşov (informasiya texnologiyaları departamentinin əməkdaşı). Telefon: 493-11-22 (398), faks: 493-83-41, elektron poçt ünvanı: [email protected].

Tender komissiyası 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında