Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında medallarının hesabını açdılar

 

Ötən bazar günü İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində üçüncü İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi olmuşdur. Stadionda iştirakçı ölkələrin nümayəndə heyətlərinin paradında Azərbaycan bayrağını ağırlıqqaldırma üzrə Avropa çempionu İntiqam Zahirov aparmışdır.

Dünən isə yarışlara start verilmişdir. Ölkəmizin idmançıları İslamiadaya uğurla başlamışlar. Karateçi Şahin Hətəmov 84 kq-dan yuxarı çəki dərəcəsində gümüş medal qazanmışdır. Təmsilçimiz Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərindən olan rəqiblərindən üstün ustalıq nümayiş etdirmiş, yalnız finalda İran idmançısına uduzub ikinci yeri tutmuşdur.

Digər karateçilərimizdən Ayxan Mamayev (84 kq) də inamla mübarizə apararaq finala çıxmışdır. Ayxan finalda misirli rəqibindən də güclü olmuş və oyunların çempionu adını qazanmışdır. İlahə Qasımova (55 kq) isə elə ilk görüşdə Əlcəzair nümayəndəsinə məğlub olub yarışlarda çıxışlarını dayandırmışdır.

 Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında