Azərbaycan Respublikasının fövqəladə hallar naziri Zaqatala rayonunda vətəndaşları qəbul edəcəkdir

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 13-də Zaqatala rayonunda vətəndaşları qəbul edəcəkdir.

Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, qəbulda yalnız Zaqatala, Qəbələ, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Zaqatala rayonunun Əliabad kənd orta məktəbinin binasında, digər məsələlərlə bağlı vətəndaşların qəbulu isə Zaqatala şəhərindəki Nizami Hüseynov adına 2 nömrəli orta məktəbin binasında (ünvan: Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 65) keçiriləcəkdir.

Vətəndaşların qeydiyyatı  sentyabrın 10-da saat 10:00-dan başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: 994 (12) 512-01-14

e-mail: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında