AZƏRBAYCAN RESPUBLİKASI İSVEÇRƏNİN İQTİSADİ MƏSƏLƏLƏR ÜZRƏ DÖVLƏT KATİBLİYİ (SECO) MALİYYƏ SEKTORUNUN MODERNLƏŞDİRİLMƏSİ LAYİHƏSİ

 

Qrant: No. TF011975

Tapşırığın adı: “Azərpoçt” MMC-nin 2011 və 2012-ci illər üzrə auditinin keçirilməsi.

İstinad nömrəsi (satınalma planına uyğun olaraq) : “Azerpost”/CS-2/13

Azərbaycan Respublikası “Maliyyə sektorunun modernləşdirilməsi” (MSM) layihəsi çərçivəsində xərclərin qarşılanması məqsədilə Dünya Bankından maliyyə vəsaiti almış və bu vəsaitin bir hissəsini məsləhət xidmətlərinə sərf etmək niyyətindədir. Bu layihə üçün maliyyələşmə SECO təşkilatı tərəfindən təmin olunmuşdur.

Layihə komponentlərindən biri 2011 və 2012-ci illər üçün “Azərpoçt” MMC-nin illik maliyyə hesabatlılığının xarici auditinin keçirilməsidir. Bu məqsədlə, Ernst & Young, Deloitte & Touche, Moore Stephens Azerbaijan Limited, KPMG Azerbaijan Limited və PricewaterhouseCoopers şirkətlərindən ibarət qısa siyahı tərtib olunmuş və şirkətlərə dəvət məktubu, tenderin əsas şərtlər toplusu göndərilmişdir. Bu şirkətlərdən yalnız KPMG Azerbaijan Limited və Moore Stephens Azerbaijan Limited şirkətlərindən təkliflər daxil olmuşdur. Şirkətlərin texniki təklifləri açıldıqdan sonra KPMG Azerbaijan Limited şirkəti təcrübəsi, metodologiyası, heyəti və yerli məsləhətçilərin iştirakı kriteriyaları üzrə müvafiq olaraq 6.67, 15.56, 50.81 və 7.1 bal toplayaraq ümumilikdə 80.13 bal, eyni kriteriyalar üzrə Moore Stephens Azerbaijan Limited şirkəti müvafiq olaraq 7.67, 13.89, 48.54 və 5.7 bal toplayaraq ümumilikdə 75.80 bal topladıqları müəyyən olunmuşdur. Texniki qiymətləndirmənin nəticəsi olaraq KPMG Azerbaijan Limited şirkəti birinci, Moore Stephens Azerbaijan Limited şirkəti isə ikinci olmuşdur.

Daha sonra şirkətlərin (KPMG Azerbaijan Limited və Moore Stephans Azerbaijan Limited şirkəti) maliyyə təklifləri açılaraq, KPMG Azerbaijan Limited şirkətinin 68284,90 (altmış səkkiz min iki yüz səksən dörd manat doxsan qəpik), Moore Stephans Azerbaijan Limited şirkətinin isə 94,499.00 (doxsan dörd min dörd yüz doxsan doqquz) manat ekvivalenti məbləğində olduğu elan edilmişdir. Dünya Bankından “etirazın edilməməsi haqqında rəy” alındıqdan sonra tenderin nəticələri barədə şirkətlərə məlumat verilmiş və KPMG Azerbaijan Limited şirkəti qalib şirkət elan olunaraq 120 gün ərzində 2011-2012 ci illər üzrə auditin aparılması və tədbirlər planının təhvil verilməsi üçün müqavilə danışıqlarına dəvət edilmişdir.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında