AZƏRBAYCAN MAGİSTRAL AVTOMOBİL YOLU-2 LAYİHƏSİ

MƏSLƏHƏT XİDMƏTLƏRİ: BAKI-ŞAMAXI AVTOMOBİL YOLUNUN 15-45-ci KM HİSSƏSİNİN TİKİNTİSİNƏ TEXNİKİ NƏZARƏT
BY və İB BORC № 7889 - AZ VƏ BİA Kredit 4723 AZ
MARAQLARIN İFADƏ OLUNMASI SORĞUSU

Mövcud maraqların ifadə olunması sorğusu "Development Biznes" jurnalının 26 yanvar 2010-cu il tarixdə dərc olunmuş layihə çərçivəsində satınalmalar üzrə ümumi bildirişə uyğundur.
Azərbaycan hökuməti Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BY və İB) və Beynəlxalq İnkişaf Assosiasiyasından (BİA) borc almış və həmin borcun bir hissəsini "Bakı-Şamaxı avtomobil yolunun 15-45 km hissəsinin 4 zolaqlı yola genişləndirilməsi" layihəsinin tikintisinə texniki nəzarət üzrə məsləhət xidmətləri üçün istifadə etmək niyyətindədir.
Məsləhət xidmətlərinin məqsədi "Bakı-Şamaxı avtomobil yolunun 15-45 km hissəsi üzrə 2 əlavə zolağın 30 aylıq müddət ərzində tikintisinə texniki nəzarət xidmətlərini həyata keçirtməkdən ibarətdir.
Tələb olunan xidmətlərə yol işlərinin vaxtında icrasına nail olmaq məqsədilə qalib podratçı ilə birgə aparılan işlər; keyfiyyətin təmin olunması işləri; ətraf mühitin idarə olunması planına uyğunluq; "Azəryolservis" ASC üçün nəzərdə tutulan ətraf mühit üzrə təlim kursları; ödəniş üsullarının təsdiq olunması; maraqlı tərəflərlə əməkdaşlıq; müqavilənin idarə olunması; qarşıda duran məsələlər üzrə kiçik layihələr; əhatə dairəsi, fərdi qiymətlər və danışıqlar daxil olmaqla lazımi hallarda dəyişiklik orderlərinin tərtib olunması; bütün maraqlı tərəflər arasında əlaqələr və aylıq tərəqqi hesabatları daxildir.
Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC hazırda səlahiyyətli məsləhətçiləri təklif olunan xidmətlər üzrə maraqlarını ifadə etməyə dəvət edir.
Maraqlanan məsləhətçilər təklif olunan xidmətlər üzrə ixtisasları barədə məlumat verməlidirlər (uyğun tapşırıqlar üzrə kitabçaları (broşuraları), uyğun şəraitdə təcrübələri, işçilərinin müvafiq ixtisas bacarıqları və s.)
İxtisas göstəricilərini artırmaq üçün məsləhətçilərin tərəfdaşları ola bilər.
Məsləhətçilər Dünya Bankının proseduruna uyğun olaraq məsləhətçinin ixtisas kriteriyalarına əsasən seçiləcəklər: "Bankın borcalanlarının məsəhətçilərin seçimi sənədi, may 2004". Nəzərdə tutulan işlər 2010-cu il noyabr ayından gec olmayaraq həyata keçiriləcək.
Maraqlanan məsləhətçilər əlavə məlumatları yerli vaxtla saat 10:00 - dan 16:00 - a qədər aşağıdakı ünvandan ala bilərlər.
Maraqların ifadəsi 3 avqust 2010-cu il tarixdən gec olmayaraq aşağıda qeyd olunan ünvana çatdırılmalıdır.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
"Azəryolservis" ASC,
Azərbaycan, AZ 1010 Bakı, Üzeyir Hacıbəyov küçəsi, 72/4
Tel: (+ 994 12) 493 00 45
Fax: (+ 994 12) 493 46 65
E-mail: [email protected]
{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında