Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edir

Ədliyyə Nazirliyinin kadr korpusunun hazırlıqlı və sağlam mənəviyyata malik işçilər hesabına möhkəmləndirilməsi məqsədilə davamlı olaraq açıq müsabiqələr keçirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hazırda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı bu ilin iyun ayının 9-da keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış namizədlərlə Ədliyyə Nazirliyinin müsabiqə komissiyası tərəfindən fərdi qaydada söhbət aparılır.

Bununla belə ədliyyə orqanlarında mövcud vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq, eyni zamanda, ali təhsil müəssisələrini bu il bitirmiş gənc məzunların müsabiqədə iştirakına şərait yaratmaq məqsədilə növbəti açıq müsabiqə elan edilir.

Müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək üçün yalnız müvafiq formada ərizə ilə müraciət etmək kifayətdir.

Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən, o cümlədən fəaliyyət qabiliyyətli, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmamış, fiziki və əqli cəhətdən bu orqanlarda işləməyə qadir olan ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunurlar.

Ərizənin formasını Ədliyyə Nazirliyinin internet səhifəsindən (www.justice.gov.az) və ya nazirliyin aparatından (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürmək mümkündür.

Qaydalara əsasən, test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Müsabiqədə iştirak etmək üçün ərizələr 2013-cü il avqustun 15-dən etibarən yuxarıda göstərilən ünvanda qəbul olunur (əlavə məlumat internet səhifəsi və ya 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar).

Həmçinin müsabiqədə iştirak edən hüquqşünasların test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə kömək məqsədilə müsabiqə komissiyası onlar üçün Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkilini nəzərdə tutmuşdur.

Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında