(İnvestisiya qiymətli kağızların emitentlərinin fəaliyyətləri ilə bağlı illik hesabat)
1.Emitentin təşkilati-hüquqi forması, tam və qısaldılmış adı, dövlət qeydiyyatının tarixi və nömrəsi: “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyəti; 05.05.2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi HŞDQ üzrə Bakı Bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Hazırkı dövlət qeydiyyatı nömrəsi (VÖEN): 2000221651. Cəmiyyətin qısaldılmış adı mövcud deyil.
2. Emitentin hüquqi ünvanı və olduğu yer: Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, bina 22.
3. Hesabat ili ərzində emitentin adında və təşkilati-hüquqi formasında dəyişikliklər baş verməmişdir.
4. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəlikləri mövcud deyil.
5. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş hər hansı bir törəmə cəmiyyəti mövcud deyil.
6. Emitentin səhmdarlarının (payçılarının) ayrı-ayrılıqda sayı: emitentin 81 fiziki şəxsdən ibarət səhmdarı (payçıları) var. Səhmdarlar sırasında hüquqi şəxs mövcud deyil.
7. Emitentin nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə (paylara) malik olan şəxs:
fiziki şəxs Quliyev Ş.Ş.- 31.106 ədəd sənədsiz adlı adi səhmlər (nizamnamə kapitalının 11,9464%)
8. Emitentin nizamnamə kapitalında hüquqi şəxs (şəxslər) mövcud deyil.
9. Səhmdar cəmiyyət olan emitentin səhm sahiblərinin reyestri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən aparılır. Reyestrsaxlayıcı haqqında məlumat: Milli Depozit Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti. Lisenziya: Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi No:110 12.02.2010-cu il. Ünvan: Bakı şəhəri, Bülbül prospekti, 19.
10. Emitentin səhmdarlarının (payçılarının) hesabat ili ərzində 09.06.2012-ci il tarixdə növbəti ümumi yığıncağı keçirilmişdir:
10.1 yığıncağın keçirilmə tarixi və yeri (ünvan): 09.06.2012-ci il, cəmiyyətin Bakı şəhəri, Yavər Əliyev küçəsi, 22 nömrəli ünvanda yerləşdiyi inzibati bina.
10.2 ümumi yığıncaqda qəbul edilmiş qərarlar:
Birinci məsələ üzrə: “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin 2011-ci il üçün illik hesabatı təsdiq edilsin. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətlərdə illik hesabatın aidiyyatı qurumlara təqdim edilməsi və kütləvi informasiya vasitələrində açıqlanması (dərc edilməsi) təmin edilsin, bu kimi işlərin yerinə yetirilməsi cəmiyyətin idarə heyətinin sədrinə həvalə edilsin.
İkinci məsələ üzrə: Gündəliyə daxil edilmiş ikinci məsələ üzrə müzakirələr nəzərə alınsın. Cəmiyyətə məxsus daşınar və daşınmaz əmlak qanunsuz istifadədən (sahiblikdən, mülkiyyətdən) geri tələb edilsin. Cəmiyyətə məxsus olan və müxtəlif şəxslər tərəfindən qeyri-qanuni zəbt edilmiş torpaq sahəsi geri tələb edilsin. Bu məqsədlə səhmdarlar və cəmiyyət tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq məhkəmələrdə iddia qaldırılsın, digər zəruri hərəkətlər yerinə yetirilsin.
Üçüncü məsələ üzrə: Gündəliyə daxil edilmiş üçüncü məsələ üzrə müzakirələr nəzərə alınsın. Cəmiyyətin 2012-2013-cü illər üçün müxtəlif sahələr üzrə inkişaf planları təsdiq edilsin. İnkişaf planlarının həyata keçirilməsi (realizə edilməsi) məqsədi ilə bütün zəruri tədbirlərin (müxtəlif iqtisadi, marketinq və sair tədqiqatların aparılması, aidiyyatı mütəxəssislərin cəlb edilməsi və digər əlaqəli tədbirlər) həyata keçirilməsi təmin edilsin. Bu kimi işlərin yerinə yetirilməsi cəmiyyətin icra orqanına və müşahidə şurasına həvalə edilsin.
Dördüncü məsələ üzrə: Gündəliyə daxil edilmiş dördüncü məsələ üzrə müzakirələr nəzərə alınsın. “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, 22 nömrəli ünvanda yerləşdiyi torpaq sahəsinin (müvafiq hallarda torpaq üzərində yerləşən tikililərin və digər obyektlərin) özəlləşdirilməsi üçün görülmüş və görülən işlər müsbət qiymətləndirilməklə işlərin gedişi təsdiq edilsin. Torpaq sahəsinin (müvafiq hallarda torpaq üzərində yerləşən tikililər və digər obyektlər) özəlləşdirilməsi ilə əlaqədar bütün zəruri işlər (qanunla müəyyən olunmuş bütün rüsumlar və ödənişlər də daxil olmaqla) davam etdirilsin. Belə işlərin yerinə yetirilməsi cəmiyyətin icra orqanına həvalə edilsin.
Beşinci məsələ üzrə: Gündəliyə daxil edilmiş beşinci məsələ üzrə müzakirələr nəzərə alınsın. “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin inkişafı ilə əlaqədar səhmdarlar tərəfindən sərmayələrin qoyulması müsbət qiymətləndirilsin.
11. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat: “Xətai Təmir-Tikinti-1” Açıq Səhmdar Cəmiyyətinin dövriyyədə olan qiymətli kağızların (səhm) buraxılışı 28.12.2001-ci il tarixdə QKDQ tərəfindən qeydiyyata alınmışdır. Dövlət qeydiyyat nömrəsi: 1001002828. Hesabat ili ərzində əlavə buraxılışlar aparılmamışdır.
11.1 İnvestisiya qiymətli kağızın növü və forması: sənədsiz adlı adi səhmlər
11.2 investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi: 1001002828; 28.12.2001-ci il
11.3 investisiya qiymətli kağızların miqdarı:260380; nominal dəyəri:0,10 manat.
11.4 investisiya qiymətli kağızlar buraxılışınıın məcmu nominal dəyəri: 26038 manat
11.5 Cəmiyyətin fəaliyyəti dayandırıldığından hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə dividendlər ödənilməmişdir.
11.6 faizli istiqrazlar buraxılışı həyata keçirilməmişdir.
12. 2012-ci ildə emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər mövcud deyil.
13. Cəmiyyətin fəaliyyəti dayandırıldığından hesabat dövrü ərzində emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər baş verməmişdir.
14. Əvvəlki illərdə olduğu kimi cəmiyyətin fəaliyyəti dayandırıldığından hesabat ili üzrə maliyyə hesabataları və kənar auditorun rəyi tərtib olunmur. Emitentin kreditor borcları: cəmiyyətin fəaliyyəti dayandırıldığından yoxdur. Emitentin debitor borcları: cəmiyyətin fəaliyyəti dayandırıldığından yoxdur.Cəmiyyətin fəaliyyətinin hələ ötən illərdən başlayaraq dayandırılması ilə əlaqədar 2012-ci ildə də (hesabat ili ərzində) cəmiyyətin hər hansı fəaliyyəti mövcud olmamışdır. Cəmiyyətdə hər hansı investisiya qoyuluşları həyata keçirilməmiş, hesabat ili ərzində fəaliyyətin olmaması ilə əlaqədar hər hansı gəlir və zərər mövcud olmamışdır (vergi ödəyicisinin fəaliyyətinin və digər vergi tutulan əməliyyatların dayandırıldığı haqqında 05.11.2009-cu il tarixli arayışa əsasən).
16. İllik hesabat səhmdarların 22.06.2013-cü il tarixdə keçirilmiş ümumi yığıncağında təsdiq edilmişdir.
17. İllik hesabatın açıqlanma mənbəyi haqqında məlumat: hesabatın “Xalq qəzeti”ndə açıqlanması nəzərdə tutulur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.