İŞƏGÖTÜRƏNLƏRİN NƏZƏRİNƏ!

Vergilər Nazirliyi ölkədə ikili mühasibatlığın aradan qaldırılması, işçilərlə əmək müqavilələrinin bağlanılması və əmək haqlarının leqallaşdırılması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirməkdədir. Təhlillər göstərir ki, bu gün işəgötürənlər əmək və vergi qanunvericiliyini pozaraq işçilərə qeyri-rəsmi əmək haqqı ödəməklə dövlət büdcəsinə vergi ödəməkdən yayınırlar. İşçilərə leqal əmək haqları ödəməklə onların gələcək sosial təminatının qayğısına qalmaq, büdcə qarşısında vergi öhdəliklərini yerinə yetirmək hər bir işəgötürənin vətəndaşlıq borcudur.
Vergilər Nazirliyi bəyan edir ki, əmək haqqlarının leqallaşdırılması istiqamətində həyata keçirilən ardıcıl nəzarət tədbirləri bundan sonra daha da gücləndiriləcək və qanunvericiliyin tələblərinə əməl etməyən hər bir işəgötürənə qarşı məsuliyyət tədbirləri görüləcəkdir. Eyni zamanda, leqallaşdırılan əmək haqları və icbari ödənişlər sizin rəsmi xərcləriniz olmaqla, mühasibatlığınızda nəzərə alınacaq və bu, bütövlükdə fəaliyyətinizin daha şəffaf olmasına zəmin yaradacaqdır.
Nəzərinizə çatdırırıq ki, vergi orqanları tərəfindən hesablanmış məbləğlərə dair izahatların alınması və onların araşdırılması zərurəti yarandığı halda vergi ödəyiciləri müvafiq sənədləri təqdim etməklə, qeydiyyatda olduqları vergi orqanına müraciət edə bilərlər.

{nl}

VERGİLƏR NAZİRLİYİ

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında