İndi daha böyük-174.000, 175.000 və hətta 240.000 manat məbləğində uduşlar oynanılır

 

 “Azərlotereya” ASC “Klassik Loto” və “Binqo” lotereyalarının daha da əyləncəli olması üçün oyun qaydalarına dəyişikliklər edir. Bu lotereyalarda avtomobillər artıq həvəsləndirici turda deyil, əsas turlarda oynanılacaq. Yeni qaydalara əsasən,  “Klassik Loto”nun ikinci turunda iki lövhəsindən hər hansı biri ən tez dolmuş bilet Nissan “Sunny” avtomobilinə, iki lövhəsindən hər hansı biri ən tez, əvvəlcədən elan edilmiş gedişə qədər dolmuş bilet isə “Meqa Pot”a sahib olur.

“Binqo” lotereyasının üçüncü turunda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı üçü ən tez dolmuş bilet Chevrolet “Aveo” avtomobili, hər hansı üçü ən tez, əvvəlcədən elan edilmiş gedişə qədər dolan bilet isə “Binqo” pul mükafatını udur. Müvafiq olaraq, bu oyunlarda həvəsləndirici uduşların oynanılma qaydaları dəyişir. Belə ki, bu lotereyalarda əsas oyun başlanmazdan əvvəl şarların lototrondan çıxması ilə ardıcıl dörd rəqəm müəyyən edilir və bu rəqəmlərlə nömrəsinin son dörd rəqəmi uyğun gələn bilet 200 manat, rəqəmlərdən son üçü ilə son üç rəqəmi uyğun gələn bilet 20 manat və rəqəmlərdən son ikisi ilə son iki rəqəmi uyğun gələn bilet 2 manat udur.

Lotereyaların populyarlığı artdıqca satış şəbəkəsini genişləndirmək günün tələbinə çevrilir və indi hər bir istehlakçı “Azərlotereya” ASC-nin www.azerlotereya.com saytında istədiyi sayda bilet əldə edə bilər. Yeri gəlmişkən, artıq “Super Loto” həvəskarları da biletləri internet vasitəsilə əldə edə bilərlər. Gələn ilin ilk yarısında lotereyalarda qeydə alınan iri uduşların statistikasına nəzər salaq: 2013-cü il minlərlə lotereya həvəskarı, o cümlədən, yarımilliyin yekununda “Klassik Loto”da Nissan “Sunny” avtomobillərinə sahib olan İbrahimov Saməddin, Teymurov Adil, Sultanov Şahmar, Həsənov Həsənbala və “Binqo”dan hərəyə bir Chevrolet “Aveo” qazanan Məmmədov Zaur, Əzimov Etibar Veysəl oğlu, Məmmədov Kamran, Məmmədov Qurban  üçün uduş və sevinc ilidir. Qaliblərin hər birinin daha çox bəyəndiyi lotereya var və əsas odur ki, onların hər biri haqlıdır. Artıq tarixə çevrilmiş “Qızıl Onluq”un son tirajlarında Kia “Rio” udan Əmiraslanov Türbət hansı hissləri yaşayıbsa, estafeti “Qızıl Onluq”dan alan “Super Loto” oxşar hissləri ilk tirajındaca Kia “Rio” avtomobili udan 079042 №-li biletin sahibinə yaşadıb.

İlin ilk yarısı da rekord uduşla başa çatdı. “5/36" lotereyasında 161.490 manat məbləğində ”Cek Pot" uduldu! Lotereyasevərlər əmindirlər ki, bu uduş rekordunun ömrü qısa olacaq. Artıq iyulun 3-də “Klassik Loto” oyununda 13.000 manat məbləğində “Cek Pot” qazanıldı. Qeyd etmək lazımdır ki, yalnız əsas uduşlar “Super Loto”da 152.000, “Klassik Loto”da 174.000, “Binqo”da 175.000, “6/40" lotereyasında isə 246 810 manatlıq həddi keçmişlər. Çalışın rekord zirvələri fəth edin.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında