Sosial xidmət sahəsində dövlət sifarişləri üçün müsabiqə elanı

 

 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi qaydasının” təsdiq edilməsi haqqında 30 dekabr 2012-ci il tarixli 330 nömrəli qərarına müvafiq olaraq sosial xidmət sahələri üçün sifarişlərin verilməsinə başlamışdır.

“Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2013-cü il tarixli 2653 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait çərçivəsində 2013-cü ilin iyul-dekabr ayları üzrə sağlamlıq imkanları məhdud uşaqların müasir fizioterapevtik və psixo-sosial metodlarla reabilitasiyası məqsədilə yenidən müsabiqə keçirilir.

Müsabiqədə iştirak etmək istəyən bələdiyyələr, fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatları (bundan sonra təşkilatlar) müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığı əldə etmək üçün sifarişçinin elektron ünvanına ([email protected]) müraciət edərək sənədin elektron nüsxəsini və yaxud Sifarişçinin S. Əsgərova küçəsi 85, 305-ci otaqda yerləşən ofisindən sənədin çap edilmiş nüsxəsini saat 10:00-dan 17:00-dək əldə edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən təşkilatlar müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olmalıdırlar. Müsabiqədə iştirak etmək istəyən təşkilatların ixtisas göstəricələrinə dair tələblər, müsabiqə üzrə sənədlərin hazırlanması və təqdim olunması qaydaları və sair haqqında ətraflı məlumat əsas şərtlər toplusunda öz əksini tapmışdır.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri aşağıdakı ünvana 22 iyul 2013-cü il saat 15.00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

Müsabiqə 22 iyul 2013-cü il saat 15:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (6-cı mərtəbə, 611 № li otaq) keçiriləcəkdir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Bakı şəhəri, AZ 1009, S. Əsgərova küçəsi 85

Tel: +994-12-5419727 Elektron poçt ünvanı: [email protected] 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında