Təhsil Nazirliyi

Respublikanın ümumtəhsil məktəblərinin VI sinifləri üçün 2013/2014-cü tədris ilinə Azərbaycan Respublikasında ümumi təhsilin kurikulumu əsasında dərslik və müəllim üçün metodik vəsaitlərin hazırlanmasının satınalınması məqsədilə  “Xalq qəzeti”nin 29 mart və 16 aprel 2013-cü il tarixli nömrələrində, “Azərbaycan müəllimi” qəzetinin 29 mart 2013-cü il tarixli nömrəsində dərc edilmiş açıq tender elanına uyğun olaraq 15 may 2013-cü il tarixdə Təhsil Nazirliyində keçirilmiş tenderin nəticələri haqqında

MƏLUMAT

Respublikanın ümumtəhsil məktəblərinin VI sinifləri üçün 2013/2014-cü tədris ilinə Azərbaycan Respublikasında ümumi təhsilin kurikulumu əsasında dərslik və müəllim üçün metodik vəsaitlərin hazırlanmasının satınalınmasına dair keçirilmiş açıq tender prosedurunda adları aşağıda qeyd edilən lotlar üzrə tender baş tutmuşdur:

VI lot - “Riyaziyyat”/"Matematika";

XIV lot - “İngilis dili”

Aşağıda qeyd edilən lotlar üzrə tenderə heç bir təklif daxil olmamışdır:

III lot - “Russkiy yazık”;

XV lot - “Alman dili”;

XVI lot - “Fransız dili”.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, adları aşağıda qeyd edilən lotlar üzrə üçdən az təklif daxil olduğu üçün tender baş tutmamış və tenderin davamından imtina edilmişdir:

I lot - “Azərbaycan dili”;

II lot - “Ədəbiyyat”;

IV lot - “Literatura”;

V lot - “Azərbaycan dili” (təlim rus dilində olan məktəblər üçün);

VII lot - “İnformatika”/"İnformatika”;

VIII lot - “Azərbaycan tarixi”/“İstoriya Azerbaydjana";

IX lot - “Ümumi tarix”/“Obşaya istoriya";

X lot - “Həyat bilgisi”/ “Poznanie mira”;

XI lot - “Biologiya”/ “Bioloqiya”; 

XII lot - “Coğrafiya”/" Qeoqrafiya";

XIII lot - “Fizika”/“ Fizika”;

  XVII lot - “Russkiy yazık” (təlim Azərbaycan dilində olan məktəblər    üçün);

  XVIII lot - “Texnologiya”/“Texnoloqiya”;

XIX lot - “Fiziki tərbiyə”/"Fiziçeskoe vospitanie"; 

XX lot - “Musiqi”/“Muzıka”;

XXI lot - “Təsviri incəsənət”/“İzobrazitelnoe iskusstvo”.

Qanunvericiliyə əsasən həmin lotlar üzrə təqdim olunmuş bütün tender təklifləri rəsmi şəkildə müvafiq iddiaçılara qaytarılmışdır.

Tender baş tutan lotlar üzrə (VI lot - “Riyaziyyat”/“Matematika” və XIV lot - “İngilis dili”) daxil olan dərslik komplektlərinin maketləri qaydalara əsasən məzmun qiymətləndirilməsi üçün dərslikləri qiymətləndirmə şurasına verilmişdir.

Dərslik komplektlərinin maketləri dərsliklərin qiymətləndirilməsi meyarlarına uyğun olaraq qiymətləndirilmiş və məzmun qiymətləndirilməsinin nəticələri tender komissiyasının 4 iyul 2013-cü il tarixli iclasında elan edilmişdir. Nəticələrə əsasən VI lot üzrə (“Riyaziyyat”/“Matematika”) təqdim olunan dərslik komplektləri keçid balını toplamadığı üçün həmin lot üzrə tenderin qalibi elan edilməmişdir. XIV lot üzrə (“İngilis dili”) təqdim olunan dərslik komplektlərindən yalnız biri - “Təhsil Nəşriyyat-Poliqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin təklifi keçid balını toplamış və həmin lot üzrə tenderin qalibi elan edilmişdir. 

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında