Biləsuvar Suvarma Sistemləri İdarəsi 2013-cü ildə istismar tədbirləri üçün ehtiyat hissələri, mal və materialların satınalınması ilə əlaqədar
AÇIQ TENDER ELAN EDİR
Tender 2 lot üzrə keçirilir:
Lot-1. Mexaniki avadanlıqlar üçün ehtiyat hissələrinin satınalınması.
Lot-2. Əsaslı təmir üçün ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştrakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Biləsuvar şəhəri, Babək küçəsi, 5, Biləsuvar Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs: T.Eyvazovdan telefon 5-00-34) ala bilərlər.
Təşkilat: Biləsuvar SSİ Hesab: 2352601 VÖEN: 4100023151 Adı: Dövlət Xəzinədarlığı Agentliyi Kod: 210005 VÖEN: 1401555071 Müxbir hesab: AZ41NABZ01360100000000003944 S.W.İ.F.T.BİK: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 24 iyul 2013-cü il saat 18:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 5 avqust 2013-cü il saat 18:00-a qədər Biləsuvar Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 6 avqust 2013-cü il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
�z i�m �M0 ��- dolları) məbləği qeyd olunan hesab nömrəsinə köçürülməlidir. Layihənin İdarəetmə Qrupu çatdırlma ilə bağlı hər hansı gecikmələrə və ya göndərilən sənədin alınmamasına cavabdeh deyildir.
7. Tender təklifləri 16 iyul 2013 -cü il Bakı vaxtı ilə saat 15:00-a qədər aşağıdakı ünvana təqdim edilməlidir. Bütün təkliflərin dəyəri 10,000 ABŞ dolları və ya sərbəst konvertasiya oluna bilən valyutadan az olmamaqla sığortalanmalıdır. Göstərilən tarixdən sonra təqdim olunmuş təkliflər geri qaytarılacaqdır. Təkliflər iştirak etmək istəyən iddiaçıların iştirakı ilə 16 iyul 2013-cü il Bakı vaxtı ilə saat 15:00-da aşağıda qeyd olunan ünvanda açılacaqdır.
8. Mövcud tender iştirakçılarının diqqəti (i) onlardan təkliflərində bütün proqramların qüvvədə olan lisenziya ilə əhatə olunması və ya tender iştirakçısı tərəfindən istehsal edilməsinin tələb olunması və (ii) pozuntular saxtakarlıq hesab edilir ki, bu da Dünya Bankının maliyyələşdirdiyi müqavilə üçün onların qeyri-münasib olması ilə nəticələnə bilər.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Cənab Fuad Nəsirov
Layihənin İdarəetmə Qrupunun direktoru
Ünvan: Səməd Vurğun küçəsi, 83, AZ 1022, Bakı, Azərbaycan.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.