Tarix: 19 iyun 2013-cü il Borc sazişinin nömrəsi və adı: Borc 2354 AZE, Yol Şəbəkəsinin İnkişaf Proqramı, tranş 1

Tarix: 19 iyun 2013-cü il Borc sazişinin nömrəsi və adı: Borc 2354 AZE, Yol Şəbəkəsinin İnkişaf Proqramı, tranş 1

Müqavilənin nömrəsi və adı: 2354AZE/2012/NCB02 paket 2

Y-42-10 Hirkan-Mamusta-Siyavar km 0.0 - km 7.0

Y-42-16 Veravul - Qarağac km 0.00 - km 4.0

Tender təkliflərinin təqdim edilməsinin yekun tarixi: 24 iyul 2013-cü il

1. Azərbaycan Hökuməti Asiya İnkişaf Bankından (AİB) borc vəsaiti almış və həmin vəsaitin bir hissəsini kənd yollarının tikintisi üçün 2-ci paketin daxil edildiyi Yol Şəbəkəsinin İnkişaf Proqramı çərçivəsində müvafiq ödənişlərə sərf etməyi nəzərdə tutur. Bu vəsaitin bir hissəsi yuxarıda adı çəkilən müqavilə ödənişləri üçün istifadə ediləcəkdir. Tender AİB-ə üzv ölkələrdən olan iddiaçılar üçün açıqdır. Milli rəqabətli tender (MRT) AİB-in bir mərhələli iki zərfli tender üsuluna uyğun olaraq aparılcaqdır.

2. Nəqliyyat Nazirliyi, “Azəryolservis” ASC (sifarişçi) aşağıda göstərilən kənd yollarının tikintisi üçün münasib iddiaçıları öz möhürlənmiş təkliflərini təqdim etməyə dəvət edir:

Y-42-10 Hirkan-Mamusta-Siyavar km 0.0 - km 7.0

Y-42-16 Veravul - Qarağac km 0.00 - km 4.0

3. Tikinti işləri müqaviləsinə təxminən eni 5.5 m olan 11 km uzunluğunda bir hərəkət hissəli yolun bərpası daxildir. Bərpa işləri zamanı avtomobil yolunun yeni hissələrinin tikintisi, eləcə də kiçik drenaj işləri nəzərə alınmaqla mövcud yol geyiminin örtük hissəsinin bərpası nəzərdə tutulur.

4. İddiaçılar tikinti işləri üzrə təkliflərini o şərtlə təqdim edə bilərlər ki, aşağıdakı ixtisas meyarlarına cavab versin və müqaviləni qənaətbəxş səviyyədə yerinə yetirə bilsin.

i. Son 3 ildə  icrası davam edən və ya tamamlanan müqavilələr üzrə təsdiq olunmuş ümumi məbləği 4 milyon ABŞ dolları dəyərində illik minimal tikinti dövriyyəsi.

ii. Maliyyə vəsaitlərinin axınına dair tələblərə və müqavilə üzrə cari öhdəliklərə cavab verməklə maliyyə resurslarına malik olmaq.

iii. Nəzərdə tutulan işlərə oxşar olaraq hər birinin dəyəri minimum 1.6 milyon ABŞ dolları olan, son beş ildə ən azı iki müqavilə üzrə podratçı, icraçı podratçı və ya subpodratçı qismində iştirak.

iv. Son beş ilin hər hansi bir ili üçün aşağıdakı əsas fəaliyyətlərdə minimal tikinti təcrübəsi:

a. İl ərzində 45,000 m3 dənəvər tərkibli yol geyiminin qoyulması;

b. İl ərzində 4000 m3 asfaltın qoyulması.

5. Tender sənədlərinə dair əlavə məlumat əldə etmək məqsədilə iddiaçılar aşağıda qeyd olunan ünvandan yerli vaxtla saat 10.00-dan 16:00-a qədər əlaqə saxlaya bilərlər:

Əlaqə saxlanılan şəxs: cənab Seymur Qəhrəmanov

Ünvan: Üzeyir Hacıbəyov küçəsi 72/4

Telefon: 994 12 499 79 04/493 60 09

Faks: 994 12 493 60 09 Email: [email protected]

* Maraqlanan iddiaçılar paket 2 üzrə tender sənədlərini yazılı müraciətnamə təqdim etməklə ingilis dilində olmaqla 200 AZN (iki yüz) və ya bu məbləğə ekvivalent olan 250 ABŞ dolları məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqı kimi “Azəryolservis” ASC- nin xəzinəsinə köçürməklə və nağd ödəməklə əldə edə bilərlər. Bank hesabı aşağıdakı kimidir:

Azərbaycan Respublikası

Beynəlxalq Bankın nəqliyyat filialı

SWİFT: İBAZAZ2X

Hesab nömrəsi : AZ21İBAZ380500019449345490205 AZN

AZ11İBAZ38150018409345490205 USD

İD Kodu : 9900013141

6. Tender sənədləri 24 iyul 2013-cü il saat 17:00-dək aşağıda göstərilən ünvana 40,000 AZN və bu məbləğə ekvivalent olan sərbəst köçürülə bilən valyutada tender zəmanəti ilə birgə təqdim olunmalıdır.

Gec təqdim olunan tender təklifləri ləğv ediləcəkdir. Tender təklifləri iddiaçıların nümayəndələrinin iştirakı ilə yekun tarix bitdikdən sonra açılacaqdır.

7. “Azəryolservis ” ASC iddiaçıların tender təkliflərinin hazırlanması və çatdırılması ilə  əlaqədar xərclər üçün məsuliyyət daşımır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında