bp

bp Şahdəniz qaz kondensat yatağının işlənməsi layihəsinin operatoru kimi elan edir ki, Azərbaycanda Şahdəniz 2 layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı hazırdır və tanış olmaq, həmçinin rəy və təklifləri bildirmək məqsədilə ictimaiyyətə təqdim olunur.

ƏMSSTQ sənədində ətraf mühitin və sosial sahənin mövcud vəziyyəti, planlaşdırılan obyektlərin layihəsi, inşası və istismarı, gələcək fəaliyyətlərin proqnozlaşdırılmış təsirləri, həmçinin ətraf mühitə və əhaliyə hər hansı potensial əks təsirlərin qarşısının alınması, minimuma endirilməsi və azaldılması üçün görüləcək tədbirlər təsvir olunur.

 

ƏMSSTQ sənədinin layihə variantı və ona əlavə olunmuş qısa xülasə Azərbaycan və ingilis dillərində hazırlanmışdır.

 

Bu sənədlərin nüsxələri ictimaiyyətin tanış olması üçün Bakı şəhərində və Səngəçal ərazisində aşağıdakı ünvanlarda yerləşdirilib:

M.F. Axundov adına Mərkəzi Dövlət Kitabxanası, Xaqani küçəsi, 29;

Azərbaycan Milli Elmlər Akademiyasının mərkəzi elmi kitabxanası, Hüseyn Cavid prospekti, 31

Orxus Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, B. Ağayev küçəsi, 10

Beynəlxalq Eko-energetika Akademiyası, Məmməd Arif küçəsi, 5

Bakı Təhsil İnformasiya Mərkəzi, Bakı Təhsil İnformasiya Mərkəzi, C.Cabbarlı küçəsi, 40, 3-cü mərtəbə

Azərbaycan Dövlət Neft Akademiyası, Azadlıq prospekti, 20

BP-nin Səngəçal Terminalında yerləşən Xəzər Enerji Mərkəzi

Ümid qəsəbəsində yerləşən İcma Mərkəzi

Səngəçal və Sahil qəsəbələrində yerləşən ictimai kitabxanalar (Sahil qəsəbəsi, E. Quliyev küçəsi; Səngəçal qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsi, 1)

BP Azərbaycan şirkətinin ofislərinin qəbul şöbəsi:

      Hyatt Tauer 2, İzmir küçəsi, 1033, Bakı AZ1065

      Hyatt Tauer 3, İzmir küçəsi, 1033, Bakı AZ1065

      Bayıl, “Villa Petrolea”, Neftçilər prospekti 2, Bakı AZ1003

      Ləndmark, Biznes Mərkəzi 3, Nizami küçəsi 90 A, Bakı AZ1010 

 

 

BP sizi ƏMSSTQ sənədinin layihə variantına dair rəy və təkliflər verməyə dəvət edir. Bunun üçün sizdən www.bp.com/xezer veb-saytımıza daxil olmaq və ya [email protected] ailto:[email protected] e-poçt ünvanına məktub göndərmək və yaxud sənədlərlə birgə təqdim olunan rəy formasını doldurmaqla öz təkliflərinizi bildirmək xahiş olunur. 

 

Doldurulmuş formaları lütfən aşağıdakı ünvana göndərin:

 

Bakı, AZ1065, İzmir küçəsi, 1033,

Hyatt Tauer 2, 6-cı mərtəbə,

Nigar Məhərrəmova,

Normativ uyğunluq və ətraf mühit məsələləri üzrə qrup

 

Rəy və təkliflərinizi 2013-cü ilin iyul ayının sonuna qədər təqdim etməyiniz xahiş olunur. Əsaslı təkliflər diqqətlə nəzərdən keçiriləcək və mümkün olduğu qədər nəzərə alınacaq.

Əlavə məlumat üçün BP-də Nigar Məhərrəmovaya müraciət edə bilərsiniz.

Telefon (+994 12) 497 9000, daxili nömrə: 837162 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında