MARAQ İFADƏLƏRİNİN BİLDİRİLMƏSİ ÜÇÜN DƏVƏT

 

AZƏRBAYCAN RESPUBLİKASI İSVEÇRƏNİN İQTİSADİ MƏSƏLƏLƏR ÜZRƏ DÖVLƏT KATİBLİYİ (SECO) MALİYYƏ SEKTORUNUN MODERNİZASİYASI LAYİHƏSİ Qrant: No. TF011975

Tapşırığın adı: “Azərpoçt” MMC-nin işçi heyətinə maliyyə xidmətləri sahəsində təlimin keçirilməsi

İstinad nömrəsi (satınalma planına uyğun olaraq) : Azerpost/T-1/13

Azərbaycan Respublilası “Maliyyə sektorunun modernizasiyası” (MSM) layihəsi çərçivəsində xərclərin qarşılanması məqsədilə Dünya Bankından maliyyə vəsaiti almış və bu vəsaitin bir hissəsini məsləhət xidmətlərinə sərf etmək niyyətindədir. Bu layihə üçün maliyyələşmə SECO təşkilatı tərəfindən təmin olunmuşdur.

Bu məsləhət xidmətlərinə (xidmətlər) maliyyə xidmətlərinin göstərilməsi sahəsində  “Azərpoçt” MMC-nin işçi heyətinə təlimin keçirilməsi üçün texniki yardımın göstərilməsi daxildir.

Bu texniki yardım layihəsinin əsas məqsədi “Azərpoçt” MMC-yə e-learning, təlim potensialının formalaşdırılması və kompensasiya sisteminin yaradılmasına köməkliyin göstərilməsindən ibarətdir.

Təlim potensialı “Azərpoçt” MMC-nin fərqli iyerarxiyada olan menecment və işçilərin bacarıq və qabiliyyətinin təkmilləşdirilməsinə yönəlməlidir.  Xüsusi diqqət satış metodları, müştərilərlə əlaqələr, müştərilərin şikayətləri, marketinq, yeni məhsulların hazırlanması  əlaqədar istiqamətlərdə fəaliyyət göstrən və əsas etibarilə regionlarda olan poçt filial və şöbələrində çalışan işçilərə yönəlməlidir. Elektron təlim potensialının tədrisin idarəedilməsi sistemi vasitəsilə dəstəkləməsi nəzərdə tutulur.

Yuxarıda qeyd olunan mövzulardan əlavə bütün seçilmiş menecerlərə əməliyyat risklərinin idarə edilməsi, filialın idarə olunması, liderlik, komandanın formalaşdırılması, təqdimat bacarıqları, görüşlərin təşkili, idarə edilməsi və danışıqların aparılması sahələrində təlimlər keçirilməlidir.

Layihənin başlıca məqsədi işçilərə təlimlərin keçirilməsi ilə “Azərpoçt” MMC-nin potensialının formalaşdırılmasına dəstək göstərilməsi və təlim fəaliyyətinin koordinasiyası, mütəxəssislərin formalaşdırılması prosesinin gücləndirilməsi, təlimçilərin təlimi vasitəsilə onun əməliyyatlarını rəqabətqabiliyyətli və səmərəli  səviyyəyə çatdırmaqdan ibarətdir.

Təlim funksiyasının insan resurslarının idarəedilməsi sahəsində digər funksiyalarla, o cümlədən işin qiymətləndirilməsi, motivasiya, karyera inkişafı və daxili kommunikasiya ilə əlaqələndirilməsi layihənin vacib komponentlərindən biridir.

Layihə çərçivəsində aşağdakı qruplara təlimin keçirilməsi nəzərdə tutulur:

-Təlimçilər;

-baş ofis və rayon filiallarından seçilmiş menecer və mütəxəsisislər;

-kənd yerlərindəki poçt şöbələrinin rəhbərləri və əməliyyatçılar.

Seçiləcək məsləhətçi aşağıda qeyd olunan məsləhət xidmətlərini həyata keçirməlidir:

-E-learning ehtiyaclarının qiymətləndirilməsi də daxil olmaqla təlim ehtiyaclarının qiymətləndirilməsi;

-Təlim siyasəti və planının hazırlanması;

-təlimlərin təşkili;

-təlimçilərin təlimi;

-təlim kurikulumunun yenidən işlənməsi;

-təlimlərin planlaşdırılması və həyata keçirilməsi;

-təlimin insan kapitalının inkişafı aləti kimi qiymətləndirilməsi;

-hərtərəfli kompensasiya sisteminin yaradılması

“Azərpoçt” MMC məsləhət xidməti sahəsində təklif təqdim etmək hüququ olan məsləhətçi şirkətləri (məsləhətçilər)  yuxarıda qeyd olunmuş xidmətləri göstərmək üçün maraq ifadələrini bildirməyə dəvət edir. Maraqlı olan məsləhətçilər bu xidmətləri göstərmək üçün tələb olunan ixtisas göstəriciləri və müvafiq təcrübəyə malik olduqlarını əks etdirən məlumatı təqdim etməlidirlər.

Maraqlı məsləhətçilər maraq münaqişəsi ilə əlaqədar Dünya Bankının siyasətini özündə əks etdirən Dünya Bankının Dünya Bankının Borcalanları tərəfindən BYİB kreditləri və BİA kredit və qrantları çərçivəsində məsləhətçilərin seçilməsi və fəaliyyəti təlimatının (yanvar, 2011-ci il) 1.9 paraqrafına diqqət yetirməlidirlər. 

Məsləhətçilər özlərinin ixtisas göstəricilərini artırmaq məqsədilə digər şirkətlərlə birgə müəssisə və ya sub-məsləhətçi formasında əməkdaşlıq edə bilərlər.

Məsləhətçi Dünya Bankının məsləhətçi təlimatında göstərilmiş keyfiyyət və qiymət əsasında seçim metoduna uyğun olaraq seçiləcəkdir.

Əlavə məlumat almaq üçün həftənin iş günləri saat 9:00-dan 18:00-dək aşağıda qeyd edilən ünvana müraciət edilə bilər.

Maraq ifadələri yazılı şəkildə (şəxsən, poçtla, faksla və ya e-poçt vasitəsilə) 21 iyun 2013-cü il tarixədək aşağıda qeyd edilən ünvana təqdim edilməlidir.

“Azərpoçt” MMC Nazim Süleymanov: Baş direktor müavini Azərbaycan, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72, AZ1000

Tel:  +99412 4935600 (dax. 160) Fax: +99412 4931490 E-mail: [email protected],

    [email protected]

Web site: www.azerpost.az

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında