Rabitə və informasiya texnologiyaları naziri Şəkidə vətəndaşları qəbul edəcəkdir

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iyunun 21-də Şəki şəhərində (Şəki, Zaqatala, Qax, Balakən, Oğuz, Qəbələ rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə, bu sahədə bölgədə insanları maraqlandıran məsələlərlə bağlı qəbul edəcəkdir.

Nazirliyin mətbuat xidmətindən  bildirmişlər ki, qəbula yazılmaq istəyən vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 nömrəli “Qaynar xətt”, (012) 598 38 18  nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur. Vətəndaşlar zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Nazir Əli Abbasovun il ərzində digər bölgələrdə də vətəndaşlarla görüşləri planlaşdırılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında