Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin informasiya texnologiyaları sahəsində xidmətlərin satın alınması məqsədilə açıq tender elanı

Tender proseduru 17 iyul 2013-cü il saat 15.00-da Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin inzibati binasında (Bakı şəhəri, Bülbül prospekti, 40) keçiriləcəkdir.

Tenderin predmeti aşağıda qeyd olunmuş bəndlərdən ibarətdir:

* Baş mühasibatlıq sisteminin təkmilləşdirilməsi və dəstəklənməsi;

* vebsaytın dəstəklənməsi;

* istifadə olunan proqram təminatlarının dəstəklənməsi və lisenziyalarının uzadılması;

* istifadə olunan avadanlıqların dəstəklənmə işləri üzrə;

* İP telefoniya sisteminə dəstək;

* daxili lokal şəbəkələrin yoxlanılması.

1. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

* tenderdə iştirak üçün yazılı müraciət;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

- Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat;

- dəstəklənmə xidmətinin göstərilməsi məqsədilə müvafiq sistem və avadanlıqlar üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını sübut edən sənədlərin surəti;

- Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin müəyyən etdiyi tələblərə oxşar olan son 2 (iki) il ərzində yerinə yetirilən xidmətlərini, müştərilərin adlarını, ünvanlarını və telefon nömrələrini əks etdirən məlumat;

- Azərbaycan dilində iki nüsxədə  tender təklifi 30 avqust 2013-cü il tarixədək qüvvədə olmalıdır;

- tender təklifinin qiymətinin 1 (bir)% məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);

- tenderə təklif olunan texniki avadanlıqların və proqram məhsullarının istehsalçısı olan şirkətlərin iddiaçını tətbiqi-proqram kompleksini dəstəkləməyə müvəkkil etdiyini təsdiqləyən avtorizasiya forması (Manufacturer Authorization Form);

- əvvəlki 5 il ərzində iddiaçıların özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat;

- müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmaması barədə məlumat.

2. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 16 iyul 2013-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 8 iyul 2013-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Maliyyə Monitorinqi Xidmətinin Bakı şəhəri, Bülbül prospekti, 40 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaq.

İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin aşağıdakı hesabına 150 (yüz əlli) manat məbləğində vəsait köçürməlidirlər: AR Mərkəzi Bankının yanında Maliyyə Monitorinqi Xidməti,

VÖEN 1401672511,

h/hAZ88NABZ01350900000000008944;

kod:501004,

m/hAZ74NABZ01451700000000001944,

SWIFT: NABZAZ2C,

VÖEN 9900071001

3. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent Bank: BIC:FRNY US 33, Federal Reserve Bank of New York, correspondent account number: ABA:0210 88 221 USD, account № 0132190008840.

4. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Maliyyə Monitorinqi Xidmətinin Bakı şəhəri, Bülbül prospekti, 40 nömrəli ünvanında yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Məmmədyar Novruzov (informasiya texnologiyaları şöbəsinin rəisi). Telefon: 598-20-56 (220), faks: 493-03-88, elektron poçt ünvanı: mammadyar. [email protected].

 

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında