Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi №7435 - AZ

Azərbaycanda daşınmaz əmlaka dair hüquqların qeydiyyatı ilə bağlı vətəndaşlar və maraqlı tərəflər arasında hüquqi maarifləndirmə fəaliyyətinə dair məsləhətçi şirkətin seçimi  üzrə məsləhətçi xidmətləri

İstinad No.: RERP/PP#55-D3/CS-LA/CQS

Azərbaycan Hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin maliyyələşdirilməsi məqsədilə kredit almışdır və onun müəyyən bir hissəsini hüquqi maarifləndirmə fəaliyyətləri üzrə məsləhətçi xidmətləri üçün istifadə etmək niyyətindədir. 

Daşınmaz Əmlakın Qeydiyyatı  Layihəsi hüquqi və institusional inkişafla bağlı fəaliyyətləri  əhatə edir. Layihənin inkişafı müddətində daşınmaz əmlakla bağlı hüquqi çərçivənin inkişafı sahəsində müəyyən addımlar atılmışdır.

Bununla belə, qeydiyyatın canlandırılması və sürətləndirilməsi üçün  hüquqi maarifləndirmə və təlimlərə hələ də ehtiyac vardır. Bu tədbirlər daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və kadastrı sahəsində çalışan məmurların, hakimlərin, bank sektorunda çalışan mütəxəssislərin, habelə əmlakın formalaşması, kadastr ölçmələrinin həyata keçirilməsi və hüquqların özgəninkiləşdirilməsi əməliyyatlarında iştirak edən şəxslərin hüquqi biliklərinin artırılmasına və onların fəaliyyətində qanunların müddəalarının daha dəqiq yerinə yetirilməsinə xidmət edəcəkdir.

Maraqların təqdimatı üçün elan yuxarıda qeyd olunanların həyata keçirilməsi üçün hüquqşünaslardan və əlaqəli biliklərə malik mütəxəssislərdən ibarət məsləhətçi şirkətin cəlb edilməsi məqsədi daşıyır ki, bu da  lazımi nəticənin əldə edilməsinə imkan verəcəkdir.

Bu xidmətlərin həyata keçirilməsi üçün təcrübəli şirkət cəlb olunacaqdır. Şirkətin öhdəliklərinə daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə, yeni hüquqi mexanizmlərin yaradılmasına dair araşdırmaların  aparılması və ƏMDK (Əmlak Məsələləri Dövlət Komitəsi) üçün tövsiyələrin  hazırlanması, daşınmaz əmlakın qeydiyyatı sahəsində xarici dövlətlərin hüquqi təcrübəsinin öyrənilməsi və yerli qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı ƏMDK üçün ümumi təkliflərin verilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində mövcud qanunvericilik, hüquqi qeydiyyatın üstünlükləri, müasir əmlak idarəçiliyi, əmlakdan iqtisadi məqsədlər üçün istifadə imkanları üzrə təlimlər, seminarlar,  maraqlı tərəflər üçün hüquqi maarifləndirmə işlərinin həyata keçirilməsi (Bakıda və bölgələrdə baş tutacaq), layihənin icraçı agentlikləri və digər dövlət qurumları arasında əlaqələrin müasir tələblərə uyğun qurulmasına dair hüquqi təkliflərin hazırlanması, aydınlaşdırıcı işçi seminarların təşkil edilməsi, hüquqi maarifləndirmə tədbirlərinə dair nəşrlər, informasiya vərəqələri, sorğu anketləri  barədə təkliflərin verilməsi,  müvafiq bilik və bacarıqların ƏMDK hüquq bölmələrinin işçilərinə ötürülməsi və müntəzəm şəkildə görülmüş işlər barədə hesabatlar verilməsi daxildir.

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi üzrə Layihə İdarəetmə Qrupu yuxarıda qeyd olunan xidmətlərin göstərilməsi üzrə uyğun məsləhətçi şirkətləri (məsləhətçi) dəvət etmək niyyətindədir. Maraqlanan məsləhətçi şirkətlər əsas heyətinin ali hüquq təhsili mülkü hüquq sahəsində 3 ildən az olmayan iş təcrübələri, daşınmaz əmlakın qeydiyyatı, kadastrı və bazarın hüquqi tənzimlənməsi sahəsi ilə bağlı müvafiq təcrübəsi, kompyuter bilikləri və  Azərbaycan dilinə mükəmməl yiyələnmək  bacarıqlarının olması barədə məlumat təqdim etməlidirlər.

 

Şirkətlərin seçimi “BYİB və BİA kreditləri üzrə Dünya Bankının borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işlə təmin edilməsi” üzrə təlimatında (may 2004-cü il tarixli, may 2006-cı ildə və oktyabr 2010-cu ildə düzəliş edilmiş) (məsləhətçilərlə bağlı təlimat) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətindən bəhs edən V bölmə  nəzərə alınmaqla aparılacaqdır. 

Maraqlanan şirkətlər aşağıda göstərilən ünvandan iş günü ərzində, yəni saat 10:00-dan  17:00-dək daha ətraflı məlumat əldə edə bilərlər.

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi

Layihə İdarəetmə Qrupu

Nigar Hüseynova ([email protected]), Satınalmalar üzrə asistent,

Hüseyn Cavid prospekti, 31, 6-cı mərtəbə, otaq 612, AZ1073, Bakı, Azərbaycan.  Tel.: (+994 12) 510 91 45 (ext. 7227, 7211).

 

Maraq ifadələri 10 iyun 2013-cü il  tarixə kimi yazılı şəkildə aşağıdakı ünvana ya şəxsən, ya da elektron formada təqdim edilməlidir.

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi

Layihə İdarəetmə Qrupu

Günel Səfərəliyeva,  satınalma mütəxəssisi

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,

Hüseyn Cavid prospekti, 31, 6-cı mərtəbə, otaq 612, AZ1073, Bakı, Azərbaycan.

Email:  [email protected]

[email protected] 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında