Azərbaycan Respublikasının Mərkəzi Bankı

 

Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan informasiya sistemlərinin texniki və proqram platformalarının dəstəklənməsi üçün

T E N D E R  E L A N I

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı aşağıdakı lotlar üzrə açıq tender keçirir:

— 1-ci lot üzrə tenderin predmeti Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin proqram platformalarına əsas şərtlər toplusunun 1 №-li əlavəsində göstərilən tələblərə uyğun olaraq dəstəklənmə xidmətinin həyata keçirilməsi;

— 2-ci lot üzrə tenderin predmeti Mərkəzi Bankda istismarda olan baş mühasibat sisteminin proqram platformasına əsas şərtlər toplusunun 2 №-li əlavəsində göstərilən tələblərə uyğun olaraq dəstəklənmə xidmətinin həyata keçirilməsi;

— 3-cü lot üzrə tenderin predmeti Mərkəzi Bankda istismarda olan informasiya sistemlərinin texniki platformalarına əsas şərtlər toplusunun 3 №-li əlavəsində göstərilən tələblərə uyğun olaraq dəstəklənmə xidmətinin həyata keçirilməsi.

Tender proseduru 18 iyun 2013-cü il  saat 15.00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün yazılı müraciət;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq hüququna  malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

- Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat;

- Mərkəzi Bankın müəyyən etdiyi tələblərə oxşar olan son 2 (iki) il ərzində yerinə yetirilən xidmətlərini, müştərilərin adlarını, ünvanlarını və telefon nömrələrini əks etdirən məlumat;

-  dəstəklənmə xidmətinin göstərilməsi məqsədilə müvafiq sistem və avadanlıqların hər biri üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını sübut edən sənədlərin surəti;

- tenderə təklif olunan texniki avadanlıqların və proqram məhsullarının istehsalçısı olan şirkətlərin iddiaçını tətbiqi-proqram kompleksini dəstəkləməyə müvəkkil etdiyini təsdiqləyən Avtorizasiya forması (Manufacturer Authorization Form);

- dəstəklənməsi həyata keçiriləcək texniki avadanlıqların və proqram məhsullarının istehsalçıları ilə əməkdaşlıq (partnyorluq) razılaşması olduqda əməkdaşlıq (partnyorluq) səviyyəsini təsdiq edən sənəd;

-  Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi 31 iyul 2013-cü il tarixinədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada).

3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 14 iyun 2013-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 6 iyun 2013-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli  ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına hər bir iştirak etdiyi lot üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait köçürməlidirlər:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Hesab: AZ25NABZ01701190000000001944

M/h: AZ74NABZ01451700000000001944

Kod: 501004

VÖEN: 9900071001

5. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıdakı  hesaba ödəyə bilərlər:

Correspondent Bank: FRNYUS33 Federal Reserve Bank of New York

Corr. account number: 021088221 AZER

Account: AZ25NABZ01701190000000001944

6. Dəstəklənmə xidmətinin göstərilməsi müddəti: tender üzrə satınalma müqaviləsi imzalandığı tarixdən 3 (üç) il ərzində.

7. Qiymətləndirmə meyarları: qiymət və texniki amillər.

8. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tender üzrə əlaqələndirici şəxs: Fərid Osmanov (İnformasiya texnologiyaları departamentinin əməkdaşı). Telefon: 493-11-22 (507), faks: 493-83-41, elektron poçt ünvanı: [email protected].

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında