Emitent - “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin 05.03.2009-cu il tarixli 70 N-li fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” əsasnaməyə və “İnvestisiya qiymətli kağızların emitentlərinin fəaliyyətləri ilə bağlı illik hesabatların hazırlanması və açıqlanması” qaydalarına müvafiq olaraq aşağıdakıları bildirir.
1.Emitentin adı: “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti
2.Təşkilati-hüquqi forması: Qapalı Səhmdar Cəmiyyəti
3.Dövlət qeydiyyatı: 17.04.2006-cı il, N1106-T18-4083
4.Emitentin hüquqi ünvanı: AZ 1030, Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, 1
5.Emitentin faktiki ünvanı: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək pospekti, 10"B"
6.Emitentin adında və hüquqi-təşkilatı formasında dəyişiklik: yoxdur.
7.Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəlikləri haqqında məlumat: filiallar və nümayəndəliklər yaratmayıb və ləğv etməyib.
8.Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş törəmə cəmiyyəti haqqında məlumat: törəmə cəmiyyət yaratmıyıb və ləğv etməyib
9.Emitentin səhmdarlarının sayı: 2 (ARDNŞ və “Lancer Services S.A” Şirkəti)
10.Emitentin nizamnamə kapitalının 10%-i və daha artıq həcmdə səsli səhmlərə malik olan səhmdarları:
10.1.ARDNŞ - 51% , VÖEN 9900003871, 2 076 900 manat dəyərində, 6923 adi sənədsiz səhm. Olduğu yer: Azərbaycan Respublikası, Bakı şəhəri, Neftçilər prospekti, 73
10.2.“Lancer Services S.A” Şirkəti - 49%, 1 995 300 manat dəyərində 6651 adi sənədsiz səhm. Olduğu yer: Panama Respublikası.
11.Emitentin səhmdarlarının hesabat ili ərzində keçirilmiş yığıncaqları barədə məlumat:
11.1.Yığıncağın keçirilmə tarixi və yeri: 27.03.2012-ci il, Bakı şəhəri, Babək prospekti, 10"b"
11.2.Ümumi yığıncaqda qəbul edilmiş qərar: “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 2011-ci ilin yekunlarına görə hesabatı təsdiq edilsin. Cəmiyyətin 2011-ci ilin yekunlarına görə səhmdarlara - ARDNŞ (51%) - 40 392,00 (qırx min üç yüz doxsan iki) manat, “Lənser Servisis S.A.” Şirkətinə (49%) - 38 808,00 (otuz səkkiz min səkkiz yüz səkkiz) manat məbləğində dividendin ödənilməsi qərara alınmışdır.
12.Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumat: xüsusi əhəmiyyətli əqdlər bağlanmamışdır.
13.Emitentin illik balansı və auditor rəyi: balansı və auditor rəyi cəmi 28 (iyirmi səkkiz) vərəqdə (hesabata əlavə olunur):
13.1.Emitentin illik balansı 4 (dörd) vərəqdə (hesabata əlavə olunur)
13.2.Emitentin illik balansının yoxlanması haqqında müstəqil auditor rəyi: 24 (iyirmi dörd) vərəqdə (hesabata əlavə olunur)
14.Reyestrsaxlayıcı haqqındakı məlumatlar:
14.1.“Milli Depozit Mərkəzi” QSC
14.2.Lisenziya: Qiymətli kağızlar üzrə Dövlət Komitəsi 110 №-li, 12.02.2010-cu il tarixli
14.3.Bakı şəhəri, Bülbül prospekti, 19
15.Emitentin yığıncağının protokolu: 22.04.2013-cü il tarixli protokol
16.İnvestisiya qiymətli kağızın növü və forması: adi, sənədsiz səhm.
17.İnvestisiya qiymətli kağızları: 13574 ədəd, qiymətli kağızın nominal dəyəri 300 manat.
18.Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər: 2012-ci ilin yekunlarına görə səhmdarlara ödəniləcək dividend ümumilikdə 50 000 (əlli min) manat məbləğində hesablanmış və müvafiq qanunvericiliyə uyğun olaraq vergi ödənişləri çıxıldıqdan sonra həmin vəsait səhmdarlar arasında - ARDNŞ-ə 51% və “Lənser Servisis S.A.” şirkətinə 49% nisbətində bölüşdürülərək səhmdarların bank hesablarına ödəniləcəkdir.
19.Qiymətli kağızların miqdarı və nominal dəyəri:
19.1.21.01.2010-cu il tarixə ümumi miqdarı 100 səhm.
19.2.27.05.2010-cu il tarixə ümumi miqdarı 13 474 səhm.
19.3.cəmi: 13 574 səhm
20. Səhmlərin dövlət qeydiyyat nömrəsi və tarixi:
20.1.21.01.2010-cu il AZ100100881
20.2.27.05.2010-cu il AZ100100881
21.Səhmlərin məcmu nominal dəyəri: 4 072 200 manat (300 x 13 574=4 072 200)
22.Yerləşdirilmiş səhmlərin miqdarı: 13 574 əd.
23.Yerləşdirilmiş səhmlərin vəziyyəti: başa çatmışdır.
24.Emitentin kreditor və debitor borclarının məbləği:
24.1.01.01.2013-cü il tarixə kreditor borclar: 1 958 000 (bir milyon doqquz yüz əlli səkkiz min ) manat
24.2.01.01.2013-cü il tarixə debitor borclar: 4 926 000 (dörd milyon doqquz yüz iyirmi altı min) manat.
24.3.Açıqlama mənbəyi: “Xalq qəzeti”
Tel.: (+99412) 464-14-35
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.