Şriftin ölçüsü:
06.04.2010 02:49 | Oxunma sayı: 474
Tarix: 6 aprel 2010-cu il
Kredit: № 2437-AZE: Enerji Ötürülməsinin Yaxşılaşdırılması Layihəsi
Müqavilə: "Azərenerji"ASC/ADB-02-2010: 220 kV Zabrat yarımstansiyasının və Hövsan - Şimal ES - Zabrat - Sənaye Qovşağı elektrik verilişi xətlərinin (220 kV Şimal xətlərinin) "açar təhvili" şərti ilə layihələndirilməsi, təchizatı, tikintisi və istismara verilməsi
{nl}
Tender təkliflərinin 25 may 2010-cu il, saat 15:00 (yerli vaxtla) son təqdim vaxtı
1. Azərbaycan Hökuməti Respublikada Enerji Ötürülməsinin Yaxşılaşdırılması Layihəsinin maliyyələşdirilməsi məqsədilə Asiya İnkişaf Bankından (ADB-dən) kredit almışdır. Kredit vəsaitindən bu tenderin nəticələrinə görə imzalanacaq müqavilə şərtlərinə uyğun istifadə edilməsi nəzərdə tutulur. Bu tenderdə ADB-nin üzv ölkələrindən olan şirkətlər iştirak edə bilərlər.
ADB-nin üzv ölkələrinin siyahısı avadanlıqların təchizatı üçün də etibarlııdır.
2. "Azərenerji" ASC bu layihənin icraçı təşkilatıdır. Tender iştirakçıları layihələndirmə, təchizat, quraşdırma və istismara vermə daxil olmaqla, "220 kV Zabrat yarımstansiyasının və Hövsan - Şimal ES - Zabrat - Sənaye Qovşağı elektrik verilişi xətlərinin (220 kV Şimal xətlərinin) tikintisi" Layihəsi üzrə öz təkliflərini möhürlənmiş, bağlı zərfdə "Azərenerji" ASC-yə təqdim etməlidirlər. Layihənin əsas komponentləri aşağıdakılardır:
a. Zabrat yarımstansiyasının tikintisi
b. Hövsan yarımstansiyasının genişləndirilməsi
c. Sənaye Qovşağı yarımstansiyasının genişləndirilməsi
d. 220 kV-luq Şimal ES - Hövsan Elektrik Verilişi Xətti (26 km)
e. 220 kV-luq Şimal ES - Zabrat Elektrik Verilişi Xətti (39 km)
f. 220 kV-luq Zabrat - Sənaye Qovşağı Elektrik Verilişi Xətti (33 km)
(a) (b) və (c) bəndlərində qeyd olunan komponentlər tender sənədlərinin yarımstansiya hissəsində, (d), (e) və (f) bəndləri isə elektrik verilişi xətti hissəsində ətraflı təsvir edilir:
- Yeni 220/110/10 kV-luq Zabrat yarımstansiyasının tikintisi və mövcud elektrik şəbəkəsinə birləşdirilməsi;
- Hövsan və Sənaye Qovşağı yarımstansiyalarında 220 kV-luq paylayıcı qurğuların genişləndirilməsi və yeni elektrik verilişi xətti ilə birləşdirilməsi;
- Yenidən qurulan ötürücü komponentlərin SCADA sisteminə birləşdirilməsi və uyğunlaşdırılması üçün müvafiq tədbirlərin görülməsi;
- Yeraltı kabel çəkilməsi də daxil olmaqla, Hövsan, "Şimal" Elektrik Stansiyası, Zabrat və Sənaye Qovşağı yarımstansiyaları arasında təxminən 98 km uzunluğunda yeni 220 kV-luq elektrik verilişi xəttinin tikintisi.
3. Açıq beynəlxalq tender ADB-nin stansiya layihələndirilməsi, təchizatı və quraşdırılması üzrə bir mərhələli tender prosedurlarına (standart tender sənədlərinə) uyğun olaraq keçirilir. Tender iştirakçıları istər təklikdə, istərsə də birləşdikləri halda tender sənədlərində müəyyən edilmiş bütün ixtisas meyarlarına cavab verməlidirlər. İddiaçıların ixtisas uyğunluğunun qiymətləndirilməsində məqbul və ya qeyri-məqbul üsuldan istifadə ediləcəkdir.
4. Tender sənədlərilə əlaqədar məlumat almaq üçün iddiaçılar aşağıdakı ünvana müraciət edə bilərlər:
Əlaqələndirici: İslam Rəfibəyli
Ünvan: Akademik Əbdülkərim Əlizadə küçəsi, 10 "Azərenerji" ASC
Şəhər: AZ 1005, Bakı şəhəri
Ölkə: Azərbaycan
Tel/Faks: (+994 12) 493 10 89
E-mail: [email protected]
5. Tenderqabağı görüş "Azərenerji" ASC-nin binasında 2010-cu il aprelin 20-də saat 10:00-da keçiriləcəkdir.
6. Tender sənədlərini 2010-cu il aprelin 6-sı, yerli vaxtla saat 9:00-dan etibarən almaq olar.
Tender sənədlərini almaq üçün tender iştirakçıları:
(a) "Azərenerji" ASC-nin yuxarıda göstərilən ünvanda yerləşən binasına gələrək 500 (beş yüz) ABŞ dolları məbləğində iştirak haqqının ödənilməsi barədə bank qəbzi təqdim etməli; və ya
(b)tender sənədlərinin poçt vasitəsi ilə göndərilməsi üçün "Azərenerji" ASC-yə yazılı müraciət etməlidirlər. Müraciətə daxili poçt göndərişi üçün - 530 ABŞ dolları və ya xarici poçt göndərişi üçün - 650 ABŞ dolları məbləğində pul vəsaitinin "Azərenerji" ASC-nin bank hesabına ödənildiyini təsdiq edən sənəd əlavə edilməlidir.
İştirak haqqı və poçt xərcləri geri qaytarılmır.
Pul vəsaiti "Azərenerji" ASC-nin aşağıdakı hesabına köçürülməlidir:
"Azərenerji" ASC VÖEN: 9900000421
Valyuta hesabı: № 3 312 001 071 983 USD
"Expressbank" ASC (Bakı ş. AZ 1130, Əcəmi Naxçıvani küçəsi 21)
Kod: 505099 VÖEN: 1500031691
S.W.I.F.T. Bik: AZENAZ22
Müxbir bank: Raiffeisen Zentralbank Oesterreich Vienna
Müxbir hesab: № 70-55.084.305
S.W.I.F.T. RZBAATWW
7. Tender təkliflərinin bir nüsxədə ingilis dilində əsli və iki nüsxədə Azərbaycan dilinə tərcüməsi:
- Yuxarıda göstərilən ünvana;
- Tender təkliflərinin son təqdim vaxtı: 2010-cu il mayın 25-dək, yerli vaxtla saat 15:00-a qədər;
- 1,000,000 (bir milyon) ABŞ dolları və ya buna ekvivalent olan sərbəst dönərli valyuta məbləğində (təkliflərin təqdim edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi əsas götürülür) tender təklifinin təminatı ilə birlikdə təqdim edilməlidir.
8. Təkliflər "Azərenerji" ASC-nin iclas zalında son təqdim vaxtı dərhal açılacaqdır. İddiaçıların nümayəndələri təkliflərin açılışında iştirak edə bilərlər.
9. Təkliflərin hazırlanması və ya təqdim edilməsi ilə bağlı tender iştirakçılarının xərclərinə görə "Azərenerji" ASC məsuliyyət daşımır.
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.