Sosial xidmət sahəsində dövlət sifarişləri üzrə müsabiqə elanları

 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi qaydasının” təsdiq edilməsi haqqında 30 dekabr 2012-ci il tarixli 330 nömrəli qərarına müvafiq olaraq sosial xidmət sahələri üzrə sifarişlərin verilməsinə başlamışdır. 

“Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2013-cü il tarixli 2653 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait çərçivəsində 2013-cü ilin may-dekabr ayları üzrə müsabiqələr keçirilir:

1.Sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların (küçə uşaqları) sosial reabilitasiyası;

2.Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası məqsədilə sosial-psixoloji xidmətlər (qaynar xətt xidməti);

3.Sosial təhlükəli vəziyyətdə olan zorakılığa məruz qalmış və cinayətin qurbanı olan uşaqların sosial reabilitasiyası (Bakı şəhəri);

4.Baxımsız və hüquq pozuntusu törədən uşaqların sosial reabilitasiyası və sosial -hüquqi xidmətlərin təşkili;

5.Penitensiar müəssisələrdən və xüsusi müəssisələrdən azad olunan baxımsız uşaqların sosial adaptasiyası;

6.Məişət zorakılığına məruz qalmış uşaqların reabilitasiyası (Sumqayıt).

Müsabiqədə iştirak etmək istəyən bələdiyyələr, fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatları (bundan sonra təşkilatlar) müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığı əldə etmək üçün sifarişçinin  elektron ünvanına ([email protected]) müraciət edərək sənədin elektron nüsxəsini və yaxud sifarişçinin S. Əsgərova  küçəsi, 85, 305 nömrəli  otaqda yerləşən ofisindən sənədin  çap edilmiş nüsxəsini saat 10:00-dan 17:00-dək əldə edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən təşkilatlar müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olmalıdırlar. Müsabiqədə iştirak etmək istəyən təşkilatların ixtisas göstəricələrinə dair tələblər, müsabiqə üzrə sənədlərin hazırlanması və təqdim olunması qaydaları və sair haqqında ətraflı məlumat əsas şərtlər toplusunda öz əksini tapmışdır.

Müsabiqədə iştirak edən təşkilatların təklifləri aşağıdakı ünvana 17 may 2013-cü il saat 11.00-dan gec olmayaraq təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

Müsabiqə 17 may 2013-cü il saat 15:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (6-cı mərtəbə, 611 № li otaq) keçiriləcəkdir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri, AZ 1009, S. Əsgərova küçəsi, 85

Tel: +994-12-5419727

Elektron poçt ünvanı:

   [email protected] 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında