Avtomobil Yollarının Yenidənqurulması və Təkmilləşdirilməsi Layihəsi

 

 

“Mingəçevir - Bəhrəmtəpə avtomobil yolunun (R18) bərpası, lot 1 Mingəçevir - Mingəçevir stansiyası hisssəsi

Tenderin ilkin seçim mərhələsinə dəvət  2011-ci il sentyabrın 22-də Avropa Yenidənqurma və İnkişaf Bankının internet səhifəsində yerləşdirilmiş 6490-SÜB-43094 saylı satınalamalar üzrə ümumi bildirişə (SÜB) uyğundur.

“Azəryolservis” ASC (sifarişçi) Avropa Yenidənqurma və İnkişaf Bankından aldığı vəsaitin bir hissəsini avtomobil yollarının yenidənqurulması və təkmilləşdirilməsi layihəsi çərçivəsində nəzərdə tutulan ödənişlər üçün istifadə edəcəkdir.

Sifarişçi borc vəsaitindən maliyyələşdiriləcək aşağıdakı müqavilə üzrə iddiaçı firmaları və birgə müəssisələri ilkin seçim mərhələsinə dəvət edir:

 lot 1 – Ayrıca magistral avtomobil yolu hissəsi olmaqla Mingəçevir-Mingəçevir stansiyasına qədər 16.7 km məsafəni əhatə edir. Bu yol Mingəçevir şəhərindən başlayaraq Yevlax-Bərdə magistral yolunun (R27) təxminən 15 km qərb hissəsində yerləşən Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolu (M2) ilə kəsişən yol qovşağında başa çatır.

Mövcud yol oxu boyunca yerləşən asfalt örtüklü avtomobil yolunun bərpası işlərinə torpaq işləri, yol geyimi laylarının tikintisi, drenaj qurğularının tikintisi, yol avadanlıqlarının quraşdırılması və avtomobil yollarının nişanlanması daxildir:

– tikinti müddəti 18 ay olmaqla müqavilənin nəzərdə tutulan başlanma tarixi 2014-cü ilin fevral ayındadır.

 Borc vəsaitindən maliyyələşdiriləcək müqavilə üzrə tenderin ilkin seçim mərhələsi və tender prosesi istənilən ölkədən olan bütün iddiaçı firmalar və birgə müəssisələr  üçün açıqdır.

Maraq göstərən firmalar tenderin ilkin seçim mərhələsi sənədlərini yazılı müraciətnamə təqdim etməklə ingilis dilində olmaqla 100 (yüz) AZN və ya bu məbləğə ekvivalent olan 120 (yüz iyirmi) ABŞ dolları məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqı kimi “Azəryolservis” ASC - nin xəzinəsinə köçürməklə və nağd ödəməklə 2013-cü il iyunun 12-dən etibarən yerli vaxtla saat 10:00 - dan 17:00 - dək əldə edə bilərlər. Bank hesabı aşağıdakı kimidir:

Azərbaycan Respublikası

Beynəlxalq Bankın nəqliyyat filialı

SWİFT: İBAZAZ2X

Hesab nömrəsi :

   AZ21IBAZ38050019449345490205 AZN

AZ11IBAZ38150018409345490205 ABŞ D

İD Kodu : 9900013141

Firma tərəfindən lazımi tədbirlər görüldükdən sonra tələb olunan sənədlər kuryer poçtu vasitəsilə də göndərilə bilər. Lakin sənədlərin itirilməsi və ya gec çatdırılmasına sifarişçi məsuliyyət daşımır.

Tenderin ilkin seçim mərhələsi üzrə müraciət formaları 2013-cü il iyunun 12-si saat 17:00-dək aşağıda göstərilən ünvana təqdim olunmalıdır. Sifarişçi gec təqdim olunan sənədləri ləğv etmək və ya qəbul etməmək hüququna malikdir.

Maraq göstərən firmalar tenderin ilkin seçim mərhələsi ilə bağlı əlavə məlumatları aşağıdakı ünvandan əldə edə bilərlər:

Əlaqələndirici şəxs: Seymur Qəhrəmanov, LİQ-in direktoru

Azərbaycan AZ 1010, Bakı, Üzeyir Hacıbəyov küçəsi, 72/4

Tel:     (+994 12) 493 6009/4997904

Faks:     (+994 12) 493 6009

E-mail: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında