Ədliyyə naziri aprelin 25-də Xaçmaz şəhərində şimal bölgəsinin sakinlərini qəbul edəcəkdir

 

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov aprelin 25-də Xaçmaz şəhərində Xaçmaz, eləcə də Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinlərini ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı qəbul edəcəkdir.

Ədliyyə Nazirliyindən AzərTAc-a bildirmişlər ki, qəbul saat 11:00-da Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət evində (ünvan: Xaçmaz şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi - 8) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar Ədliyyə Nazirliyinin [email protected] ailto:[email protected] elektron poçt ünvanı, 539-75-39 (2104), 055-925-37-41 nömrəli telefonlar, habelə Xaçmaz regional ədliyyə şöbəsi (telefonu: (02332) 5-18-88; 050-679-37-06; Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, 10a) vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında