Qusar Rayon İcra Hakimiyyəti 2013-cü ildə rayonun kəndlərində
yeni məktəb binalarının tikintisi məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Tender 10 (on) LOT üzrə keçirilir:
Lot 1: Qusar rayonu, Əniqoba kəndində 180 şagird yerlik tam orta məktəb binasının tikintisi işlərinin satınalınması
Lot 2: Qusar rayonu, Atlıxan kəndində 180 şagird yerlik tam orta məktəb binasının tikintisi işlərinin satınalınması
Lot 3: Qusar rayonu, Bədirqala kəndində 80 şagird yerlik ümumi orta məktəb binasının tikintisi işlərinin satınalınması
Lot 4: Qusar rayonu, Aşağı İmamqulukənd kəndində 180 şagird yerlik ümumi orta məktəb binasının tikintisi işlərinin satınalınması
Lot 5: Qusar rayonu, Çağar kəndində 80 şagird yerlik ümumi orta məktəb binasının tikintisi işlərinin satınalınması
Lot 6: Qusar rayonu, Hiloba kəndində 180 şagird yerlik ümumi orta məktəb binasının tikintisi işlərinin satınalınması
Lot 7: Qusar rayonu, Hil Sirt kəndində 180 şagird yerlik ümumi orta məktəb binasının tikintisi işlərinin satınalınması
Lot 8: Qusar rayonu, Kufoba kəndində 80 şagird yerlik ümumi orta məktəb binasının tikintisi işlərinin satınalınması
Lot 9: Qusar rayonu, Çubuqlu kəndində 80 şagird yerlik ümumi orta məktəb binasının tikintisi işlərinin satınalınması
Lot 10: Qusar rayonu, Hil kəndində 180 şagird yerlik ümumi orta məktəb binasının tikintisi işlərinin satınalınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 200 manat məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qusar şəhəri, H.Əliyev prospekti 134 (əlaqələndirici şəxs: İlyasova Güllü Qambay qızı, tel: (02338) 5-24-98) ala bilərlər.
Təşkilat: Qusar YXO
Hesab: AZ17A11B32051019444800201148
VÖEN: 4700037841
Bank: “Kapital Bank”ın Qusar filialı
Kod: 200480
VÖEN: 9900003611
M/hesab: AZ37NABZ01350100000000001944
S.W.İ. F.T: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (arayışlar tender komissiyasının adına alınmalıdır);
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (forma-1, forma-2);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti (dövriyyəsi) haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların gördüyü analoji işlər haqqında məlumat;
-iddiaçılar iş cədvəlini təqdim etməlidirlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) iş cədvəlini 23 may 2013-cü il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 30 may 2013-cü il saat 15.00-a qədər, Qusar Rayon İcra Hakimiyyətinə (ünvan: Qusar şəhəri, H.Əliyev prospekti 134) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 31 may 2013-cü il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.