Ağcabədi Rayon İcra Hakimiyyəti

 

Ağcabədi Rayon İcra Hakimiyyəti rayonun Xocavənd və Kəbirli kəndlərinin hər birində 624 şagird yerlik, Yeni Qaradolaq kəndində 360 şagird yerlik, Köyük kəndində 220 şagird yerlik və Taynaq kəndində 180 şagird yerlik tam orta məktəb binalarının tikintisinin satınalınması ilə əlaqədar 

TENDER   ELAN   EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, analoji işlərdə təcrübə, maliyyə vəziyyəti (qiymətləndirmə bal sistemi vasitəsi ilə həyata keçiriləcəkdir).

Müqaviləni yerinə yetirmək üçün satınalma prosedurunun iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını Ağcabədi Rayon İcra Hakimiyyətinin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.

Ağcabədi Rayon İcra Hakimiyyəti

VÖEN:  3400101701

H/h: AZ 16 CTRE 00000000000002515431

Fond: 1y Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN:  1401555071

M/h: AZ 41 NABZ 01360100000000003944

SWİFT BİK: CTRE AZ-22

İştirak haqqı - 200 manat.  Tender proseduru ilə maraqlananlar Azərbaycan dilində hazırlanmış əsas şərtlər toplusu haqqında  məlumatı Ağcabədi şəhəri, Heydər Əliyev  prospekti, 124 nömrəli ünvandan  (əlaqələndirici şəxs: Rövşən Əhmədov. Telefon: (02127) 5-57-00) ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün 20 may  2013-cü il saat 17:00-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender sorğusu prosedurunda iştirak etmək üçün yazılı  müraciət;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti  haqqında  bank arayışı;

- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;

- tender iştirakı haqqının ödənilməsi barədə bank arayışı;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin bank zəmanəti 2 faiz həcmində (zərflər açılan tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq  vergi orqanından arayış;

- iddiaçının son bir ildəki  fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının tender təklifləri Azərbaycan dilində olmalıdır.

İddiaçılar tələb olunan sənədləri möhürlənmiş zərflərdə 27 may 2013-cü il saat 17:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, 124 nömrəli ünvanda yerləşən Ağcabədi Rayon İcra Hakimiyyətinin tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, 124 nömrəli ünvanda yerləşən Ağcabədi Rayon İcra Hakimiyyətində 29 may 2013-cü il saat 15:00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında