Hacıqabul Rayon İcra Hakimiyyəti

 

 

Hacıqabul rayon Ağacanlı kənd 80 şagird yerlik tam orta məktəb binasının tikintisi, Hacıqabul şəhər 220 şagird yerlik 2 nömrəli tam orta məktəb binasının tikintisi, Hacıqabul şəhər 4  nömrəli tam orta məktəb binasının bərpa-gücləndirmə işləri və əlavə 60 şagird yerlik tədris korpusunun tikintisi ilə əlaqədar 2013-cü il üçün

AÇIQ  TENDER  ELAN  EDİR

LOT 1  - Hacıqabul rayon Ağacanlı kənd 80 şagird yerlik tam orta məktəb binasının tikintisi

LOT 2  - Hacıqabul şəhər  220 şagird yerlik 2 nömrəli tam orta məktəb binasının tikintisi

LOT 3  - Hacıqabul şəhər 4 nömrəli tam orta məktəb binasının bərpa-gücləndirmə işləri və əlavə 60 şagird yerlik tədris korpusunun tikintisi

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış  şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqavilə il ərzində yerinə yetirilməlidir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Hacıqabul rayonu, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 7 saylı ünvanda yerləşən Hacıqabul Rayon İcra Hakimiyyətindən ala bilərlər.

Əlaqələndirici şəxs: İsabala İsmət oğlu Cəbrayılov. (Əlaqə telefonu: /021/  204-22-31). İştirak haqqı:  100 (yüz) manat.  İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər. Təşkilat: Hacıqabul Rayon İcra Hakimiyyəti.

Hesab: Az78AİİB32051019446300201163

VÖEN: 8100027051

 Bank: “Kapital Bank”ın Hacıqabul rayon filialı;

Kod: 200639

Müxbir hesab: A281Nabz01350100000003001944

VÖEN Bank: 9900003611

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir);

- bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirməyə buraxılmır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarının arayışı. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri  8 may 2013-cü il saat 17:00-dək təqdim etməlidirlər.

Yuxarıda göstərilən tarixdən gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi və bank zəmanəti 16 may 2013-cü il saat 17:00-dək təqdim olunmalıdır.

Təklif zərfləri 17 may 2013-cü il saat 15:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında