Azərbaycan Respublikası Mərkəzi Bankının balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortalanması üçün tender elanı

{nl}

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortalanması üçün "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq açıq tender keçirir.
Tender proseduru 7 sentyabr 2010-cu il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrindən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
- iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) və əmlakın, o cümlədən nağd pulun yanğından və digər risklərdən sığortalanmasına, habelə nəqliyyat vasitələrinin (CASCO) sığortasına dair müvafiq icra hakimiyyəti orqanının verdiyi razılığın surəti;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- Azərbaycan dilində iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi 22 oktyabr 2010-cu il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada və 2010-cu il 7 dekabr tarixədək qüvvədə olması şərti ilə);
- son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının 2009-cu il üzrə fəaliyyətinin auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatı;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması barədə vergi orqanından arayış;
- tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan məlumat.
3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 6 sentyabr 2010-cu il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 27 avqust 2010-cu il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.
4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürməlidirlər:
Hesab № 0148010001944
kod 501004
VÖEN 9900071001
Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
5. Xidmətin göstərilməsinə başlanma vaxtı: 25 sentyabr 2010-cu il tarixdən.
6. Xidmətin göstərilməsi müddəti: 12 ay.
7. Təkliflər aşağıdakı amillər əsasında qiymətləndiriləcəkdir: qiymət, təklif olunan xidmətlər paketi üzrə sığorta şərtləri, franşiza məbləği, təkrar sığortaçıların reytinqi.
8. Tenderdə iştirak etmək istəyən sığorta şirkətləri iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər. Əlaqələndirici şəxs: Fərid Nəbili (Hüquq departamentinin əməkdaşı). Telefon: 493-11-22 (455, 482).

{nl}

Tender komissiyası

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında