Azərbaycan Respublikası Təhsil Nazirliyi orta ixtisas təhsili müəssisələrində 2013/2014-cü tədris ilində istifadə olunacaq sənədlərin sərfəli qiymətə, optimal müddətə, yüksək poliqrafik səviyyədə hazırlanması və çapının satın alınmasına dair
AÇIQ TENDER ELAN EDİR
Respublikanın orta-ixtisas təhsili müəssisələri üçün sənədlərin hazırlanması və çapı işləri aşağıdakı həcm cədvəlinə əsasən yerinə yetirilməlidir.
Sıra sayı Sənədin adı Tirajı (ədədlə) Həcmi (ç.v. ilə) Formatı
1 Mövzu-təqvim planı 45000 0.5 60x90 1/4
2 Dərs-məşğələ jurnalı (əyani) 2000 18 60x90 1/8
3 Dərs-məşğələ jurnalı (əyani), (pedaqoji kolleclər üçün) 500 22 60x90 1/8
4 Dərs-məşğələ jurnalı (incəsənət təmayüllü təhsil müəssisələri üçün) 1700 8.5 60x90 1/8
5 Tələbə bileti 15500 0.0156 60x90 1/64
6 Qiymət kitabçası 15500 2 60x90 1/32
7 Müəllimin fərdi iş planı 4000 2.5 60x90 1/8
8 Qrup rəhbərinin qrupda apardığı işlərin qeydiyyatı jurnalı 3000 12 60x90 1/8
9 Tələbənin şəxsi vərəqi 15500 1.5 60x90 1/8
10 Tələbənin təcrübəsinin istehsalat gündəliyi 15500 2.5 60x90 1/16
11 Pedaqoji şuranın protokol kitabı 100 15 60x90 1/8
12 Fənn birləşməsinin işinin planlaşdırılması və aparılması jurnalı 1000 12.5 60x90 1/8
13 İmtahan bileti blankı 60000 0.0625 60x90 1/16
14 Dinlənilən dərslərə rəy kitabı 120 27 60x90 1/8
I. Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər.
II. Tenderdə çap işləri sahəsində peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, satınalma müqaviləsi bağlamaq səlahiyyəti, ödəmə qabiliyyətli, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olan, müflis elan olunmayan, ödənişə yönəlmiş girovu olmayan, əmlakı üzərində həbs qoyulmayan, Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmayan, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmayan, peşə fəaliyyəti ilə məşğul olması məhkəmə qaydasında qadağan edilməyən iddiaçılar iştirak edə bilərlər.
III. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Tenderin prosedur qaydaları, təkliflərin təqdim edilməsi əsas şərtlər toplusunda öz əksini tapır.
Tender iştirakçısı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu əsas şərtlər toplusunun məzmunu, o cümlədən təlimatlar, formalar, müqavilə şərtləri və texniki spesifikasiyalarla tanış olmalıdır. İddiaçının bu sənədlər və tender təklifi haqqında tam təsəvvürünün, məlumatının olmaması və əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən təklif verməsi onun tender təklifinin kənarlaşdırılması ilə nəticələnə bilər.
IV. Satınalma müsabiqəsində iddiaçı statusu almaq istəyənlər elan dərc olunduğu gündən satınalan təşkilata 3 may 2013-cü il tarixə kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə və ya məktub);
-iştirak haqqının köçürülməsi (ödənilməsi) barədə bank sənədi;
-Dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında 2013-cü ildə təsdiq olunmuş surəti;
-uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnaməsinin notariat qaydasında 2013-cü ildə təsdiq olunmuş surəti;
-nizamnaməsinin (əsasnaməsinin) notariat qaydasında 2013-cü ildə təsdiq olunmuş surəti;
-vergi və sair icbari ödənişlərə dair borclarının olub-olmaması haqqında vergi orqanları tərəfindən verilmiş arayış (sənədlərin təqdim edildiyi tarixə);
-son bir ildəki maliyyə dövriyyəsi haqqında bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;
-son bir ildəki maliyyə vəziyyətini əks etdirən və vergi orqanları tərəfindən təsdiq olunmuş vergi bəyannaməsi;
-iddiaçının iş fəaliyyəti barədə arayış;
nəşriyyat-poliqrafiya müəssisəsinin işçiləri haqqında məlumat, mətbəədəki işlək vəziyyətdə olan avadanlıqların siyahısı və markası;
-sənədlər təqdim olunan vaxta Dövlət Sosial Müdafiə Fonduna verilmiş hesabatın surəti və Dövlət Sosial Müdafiə Fondunun arayışı;
-işin icrası ilə bağlı subpodratçı qismində başqa mətbəələrdən istifadə olunub-olunmayacağı barədə məlumat (istifadə olunacaqsa iddiaçı ilə subpodratçı arasında bu barədə imzalanmış sənəd təqdim olunmalıdır);
-məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə arayış.
İddiaçı təqdim etdiyi sənədlərin, o cümlədən ixtisas göstəricilərinə dair məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
V. Tenderin iştirakçısı respublikanın orta-ixtisas təhsili müəssisələri üçün sənədlərin sərfəli qiymətə, optimal müddətə, yüksək poliqrafik səviyyədə hazırlannması və çapı üzrə öz təklifini (təqdimat vərəqəsini), qiymət təklifini, təklifin bank təminatını “Dövlət satınalmaları haqqında” Azərnbaycan Respublikası Qanununun və əsas şərtlər toplusunun tələblərinə uynğun hanzırlayaraq bir ədəd əsli, bir ədəd surəti olmaqla ayrı-ayrı zərflərə qoyur, həmin zərfləri isə digər bir zərfə qoyaraq 17 may 2013-cü il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidir. Göstərilən tarix və vaxtdan sonra təqdim olunan tender təklifinin zərfləri qəbul edilməyəcəkdir. Hər bir zərfin bağlanan hissəsi iddıaçı tərəfindən imzalanmalı, möhürlənməli, üzərində iddiaçının adı, ünvanı qeyd olunnmaqnla 20 may 2013-cü il saat 15.00-dək açılmamalıdır sözləri qeyd olunmalıdır.
Vİ.Tender təklifi zərflər açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır. Təklifin təminatı təklifin ümumi dəyərinin 2(iki) faizi həcmində olmalıdır (həmin təminat zərflər açıldığı gündən sonrakı azı 60 (altmış) bank günü müddətinə qüvvədə olmalıdır). Hər bir iddiaçı tenderə yalnız bir təklif verə bilər.
VII.Göstərilən işin dəyəri Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilər, rüsumlar və digər icbari ödənişlər nəzərə alınmaqla hesablanmalıdır.
VIII. İşin dəyərinə respublikanın orta-ixtisas təhsili müəssisələri üçün sənədlərin hazırlanması, çapı (çap üçün lazım olan bütün poliqrafik materialların dəyəri daxil olmaqla), və hazır məhsulun təhsil problemləri institutuna çatdırılaraq təhvil verilməsi xərcləri daxildir.
IX. Tenderdə qalib müəyyənləşdirilərkən təklifin qiyməti (dəyəri) əsas götürülür. Keyfiyyəti haqqında təminat, icra müddəti, iddiaçının potensial imkanı, bu işdə təcrübəsi, maliyyə vəziyyəti, maddi-texniki bazası və etibarlılığı nəzərə alınır. Tender komissiyası təkliflərin qiymətləndirməsi zamanı lazım gələrsə iddiaçılardan hər bir sənədin hazırlanması və çapına çəkilən xərclərə dair kalkulyasiya tələb edə bilər.
X. Tenderin qalibi təklifinin aksept olunması haqqında bildirişi aldıqdan sonrakı 5 (beş) bank günü ərzində müqavilə dəyərinin 5(beş) faizi həcmində müqavilənin yerinə yetirilməsinə görə bank təminatını sifarişçiyə təqdim etməlidir. Bu təminat səlahiyyətli bank tərəfindən alınmalıdır.
Respublikanın orta-ixtisas təhsili müəssisələri üçün sənədlərin hazırlanması və çapı üzrə bağlanmış müqavilənin dəyəri 100 faizi həcmində işin tam yerinə yetirilməsi barədə tərtib edilən yekun aktının təsdiqindən sonra (təhvil verilmiş sənədlərin qaimələrinin surəti təqdim olunmaqla) Azərbaycan Respublikasının manatı ilə tender qalibinin hesabına köçürüləcəkdir. Respublikanın orta-ixtisas təhsili müəssisələri üçün sənədlərin hazırlanması və çapı ilə əlaqədar bağlanacaq müqavilənin icrasına başlamaq üçün tender qalibinin maliyyə imkanı olmalıdır. Əks halda respublikanın orta ixtisas təhsili müəssisələri üçün sənədlərin hazırlanmasına başlamaq üçün maliyyə vəsaitinin olmaması barədə tender qalibinin müraciəti əsassız hesab ediləcək, bunun üçün onun özü məsuliyyət daşıyacaqdır.
XI. Tenderdə iştirak haqqının məbləği 250 (iki yüz əlli) manatdır.
İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Bakı şəhəri, Az 1008, Xətai prospekti, 49, Azərbaycan
Respublikası Təhsil Nazirliyi, VÖEN 1500046011, DXA,
VÖEN: 1401555071, Kod 210005, Müxbir hesab
AZ41NABZ01360100000000003944, S.W.I.F.T.-CTREAZ22,
Hesab № AZ30CTRE00000000000002168501
İştirakçıların iddiaçı statusu almaq üçün tender keçirənə ödədikləri iştirak haqqı heç bir halda geri qaytarılmır.
XII. Təkliflərə 20 may 2013-cü il saat 15.00-da Təhsil Nazirliyində baxılacaq və nəticəsi barədə tender iştirakçılarına rəsmi məlumat veriləcəkdir. Tender prosedurunda (təkliflərin açılışında) iddiaçıların nümayəndələri iştirak edə bilərlər.
Ünvan: Xətai prospekti, 49, IV mərtəbə, 413-cü (kollegiya zalı) otaq.
XIII. İşə başlama tarixi - satınalma müsabiqəsinin qalibi ilə yekun müqaviləsi imzalandığı gündən;
İşin başa çatdırılması tarixi - satınalma müqaviləsi imzalandığı gündən 1 (bir) ay müddətində
XIV. Əlavə məlumat üçün bu ünvana müraciət etmək olar:
Azərbaycan Respublikasının Təhsil Naziriyi, Bakı şəhəri, Xətai prospekti, 49, II mərtəbə, 208-ci otaq, tender üzrə əlaqələndirici Quliyev Hüseyn Xələf oğlu
Əlaqə telefonları: 489-99-86; Faks: (+99412) 496-34-83,
www.edu.gov.az,
e-mail: [email protected]
XV. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçirilir.
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.