AZƏRBAYCAN RESPUBLİKASI ASİYA İNKİŞAF BANKI

 

AZƏRBAYCAN RESPUBLİKASI ASİYA İNKİŞAF BANKI KREDİT.: AZE-2842

SU TƏCHİZATI VƏ KANALİZASİYA İNVESTİSİYA PROQRAMI - LAYİHƏ 2 ÜZRƏ

LAYİHƏ AUDİTİ ÜÇÜN MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİN SEÇİLMƏSİ

MÜQAVİLƏ NO.: MFF/P2/CS/LCS/PA/001 MARAQLARIN İFADƏ OLUNMASI ÜÇÜN MÜRACİƏT

Məqsəd

Auditin məqsədi, 6 iyun 2012-ci il - 31 dekabr 2016-cı illəri əhatə edən maliyyə ili ərzində Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı-Layihə 2-nin (Layihə) maliyyə hesabatları üzrə auditorun fikirlərini ifadə etməkdən və xüsusi təyinatlı Layihə Maliyyə Hesabatları, xüsusi təyinatlı Xərc Hesabatları və xüsusi təyinatlı Saldo Hesabları tərtib etməkdən ibarətdir. 

Layihə kitabları və qeydləri maliyyə əməliyyatlarının qeyd edilməsi məqsədilə yaradılmış, xüsusi təyinatlı Layihə Maliyyə Hesabatları, xüsusi təyinatlı Xərc Hesabatları və xüsusi təyinatlı Saldo Hesablarının hazırlanması üçün əsasları təmin edəcək Layihə İcra agentliyi (“Azərsu” ASC) tərəfindən təmin edilir.

Həcmi

Audit, Beynəlxalq Mühasiblər Federasiyası tərəfindən dərc edilmiş Beynəlxalq Audit Standartlarına (BAS), BAS 800-ə (Xüsusi Təyinatlı Audit Yoxlamaları üzrə Auditorların Hesabatı) xüsusi istinad edilməklə və Asiya İnkişaf Bankının Təlimatlarına müvafiq olaraq həyata keçirilməlidir. Auditin icrası zamanı aşağıdakılara xüsusi diqqət yetirilməlidir:

(a)Xarici maliyyə vəsaitlərinin müvafiq maliyyə sazişlərinin şərtlərinə uyğun olaraq, qənaət və səmərəliliyə diqqət yetirməklə, həmçinin yalnız təmin edilmiş maliyyələşmə məqsədləri üçün istifadə edilib-edilmədiyinə; AİB ilə imzalanmış müvafiq maliyyə sazişinin Kredit Sazişi (Kredit No. 2842-AZE) olub-olmamasına;

(b)Alınmış vəsaitlərin müvafiq maliyyə sazişlərinə uyğun olaraq, qənaət və səmərəliliyə diqqət yetirməklə, həmçinin yalnız təmin edilmiş maliyyələşmə məqsədləri üçün təmin və istifadə edilib-edilmədiyinə;

(c)Maliyyələşdirilmiş malların və xidmətlərin müvafiq kredit sazişinə uyğun olaraq satın alınıb-alınmadığına;

(d)Xərc Hesabatlarında yaxud Saldo Hesablarında qeyd edilən xərclər daxil olmaqla, zəruri əlavə sənədlərin, qeydlərin və hesabların bütün layihə şirkətlərində saxlanılıb-saxlanılmadığına. Banka təqdim edilən hesabat qeydləri və maliyyə hesabatları arasında mütənasibliyin olub-olmadığına;

(e)Saldo Hesabları istifadə edilən yerlərdə onların müvafiq maliyyə sazişinin müddəalarına uyğun olaraq təmin edilib-edilmədiyinə;

(f)Xüsusi təyinatlı Layihə Maliyyə Hesabatları, ümumi qəbul edilmiş mühasibatlıq prinsiplərinə və təcrübələrinə, həmçinin AİB təlimatlarına uyğun olaraq, 6 iyun 2012-ci il tarixdən 31 dekabr 2016-cı il tarixə qədər başa çatan hər bir maliyyə ili üzrə Layihənin maliyyə mənbələri və maliyyə xərclərinə dair maliyyə vəziyyətinin düzgünlüyü və dolğunluğu barədə məlumat verilməsi məqsədilə hazırlanmasına;

(g)Kredit Müqaviləsinin IV bölməsində hər bir maliyyə şərti üzrə uyğunluğun yoxlanılmasına.

“Azərsu” ASC hazırda xidmət təchizatında öz maraqlarını ifadə etmək üçün uyğun məsləhətçi şirkətləri dəvət edir. Maraqlanan məsləhətçi şirkətlər xidmətlərin (oxşar tapşırıqların təsviri üzrə broşürlər, oxşar şəraitdə təcrübə, işçi heyəti arasında müvafiq bacarıqların mövcudluğu və s.) icrasında ixtisaslaşmış olduqlarını əks etdirən məlumat təqdim etməlidirlər.

Məsləhətçilər AİB Təlimatlarının cari nəşrində müəyyən edilən ən aşağı qiymət seçimi proseduralarına əsasən seçiləcək: Asiya İnkişaf Bankı tərəfindən məsləhətçilərin seçilməsi və işə götürülməsi.

Maraqlanan məsləhətçilər aşağıda qeyd edilən ünvandan əlavə məlumat əldə edə bilərlər. Azərbaycan Res., Bakı şəh., Moskva prospekti, 67, 3-cü mərtəbə, otaq 318, AZ1012;, tel: 00994124313355, email: [email protected][email protected]

Maraqların ifadəsi 17 aprel 2013-cü il, saat 13:00 (yerli vaxtla) tarixə kimi aşağıda göstərilən ünvana çatdırılmalıdır.

“Azərsu” ASC

Azərbaycan Respublikası, Bakı şəhəri, Moskva prospekti 67, 3-cü mərtəbə, otaq 318, AZ1012.

Tenderlərin Təşkili və İdarəolunması Departamenti

Tel: + 99412 431 3355

Faks: + 99412 430 29 11

E-mail: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında