Azərbaycan Respublikası Mərkəzi Bankı

 

Azərbaycan Respublikası Mərkəzi Bankının MHBS-yə uyğun hazırlanmış maliyyə hesabatlarının auditinin keçirilməsi üçün audit şirkətinin seçilməsi ilə bağlı

T E N D E R    E L A N I

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı 2013, 2014 və 2015-ci illər  üzrə maliyyə hesabatlarının illik auditinin Beynəlxalq Audit Standartlarına uyğun keçirilməsi üçün açıq tender keçirir.

Tender proseduru  25 aprel 2013-cü il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

2. İddiaçı şirkətin və audit heyəti rəhbərinin mərkəzi bankların auditində iş təcrübəsi olmalıdır. Bu tələbə cavab verməyən iştirakçılar tenderdə iştirak edə bilməzlər.

3. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- Azərbaycan dilində iki nüsxədə (əsli və surəti) tender təklifi. Təklif 24 iyul 2013-cü il tarixədək qüvvədə olmalıdır;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, audit aparmaq hüququ verən xüsusi razılıq (lisenziya və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

- iddiaçı hüquqi şəxs olmadıqda baş idarənin onun tenderdə iştirakına rəsmi razılığı və tender təkliflərinin verilməsinə səlahiyyətli nümayəndəsinin müəyyən edilməsi barədə sənəd;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanının arayışı;

- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);

- tenderin əsas şərtlər toplusunun iddiaçıya dair tələblərə uyğunluğu barədə məlumatlar.

4. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci 24 aprel 2013-cü il saat 18.00-dək möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 16 aprel 2013-cü il saat 18.00-dək  möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Azərbaycan Respublikasının Mərkəzi Bankına  təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.

5. İddiaçılar tenderdə iştirak haqqı kimi  Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 250 (iki yüz əlli) manat məbləğində vəsait köçürməlidirlər: Azərbaycan Respublikasının Mərkəzi Bankı, kod 501004, müxbir hesab №-si  AZ74NABZ01451700000000001944, SWİFT kodu NABZAZ2C, VÖEN 9900071001, hesablaşma hesabı AZ25NABZ01701190000000001944.

6. Tenderin nəticəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildikdən sonra tenderin qalibi elan ediləcəkdir.

7. Auditin aparılma yeri: Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binası.

8. Auditin başlanma vaxtı: tender üzrə satınalma müqaviləsində göstərildiyi gündən.

9. Auditin aparılması müddəti: iki ay.

10. Qiymətləndirmə meyarları:

-maliyyə amili,

-audit şirkətinin və auditorların təcrübəsi.

11. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri,  R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından tenderin əsas şərtlər toplusunu əldə edə bilər.

Tender üzrə əlaqələndirici şəxs: Hüseynli Kamal (Hüquq departamentinin əməkdaşı)

Telefon: (+99412) 493-11-22 (1-26).

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında