MARAQ İFADƏLƏRİNİN TƏQDİMATINA DƏVƏT
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi
Kredit №7435 - AZ
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2014-cü ilin Biznes Planının hazırlanması üzrə fərdi məsləhətçinin cəlb edilməsi üçün məsələhətçi seçimi
İstinad No.: RERP/CS/IC/PP#53a/C4/BP-SLCC
Azərbaycan Hökuməti Dünya Bankından Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin maliyyələşdirilməsi məqsədilə kredit almışdır və onun müəyyən bir hissəsini məsləhətçi xidmətləri üçün istifadə etmək niyyətindədir. Layihənin məqsədi daşınmaz əmlak bazarlarını dəstəkləyən və idarə, o cümlədən Dövlətə məxsus daşınmaz əmlakla istifadə üçün yararlı olan etibarlı, şəffaf və səmərəli daşınmaz əmlakın qeydiyyatı sistemini təmin etməkdir.
Bu layihəyə əsasən ən əsas məqsədlərdən biri də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) üçün aydın və dəqiq Biznes Planın hazırlanması və inkişaf etdirilməsidir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) Azərbaycanda torpaq kadastrını, torpağın monitorinqi, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaq resurslarından səmərəli istifadənin formalaşdırılması, torpağın məhsuldarlığının bərpası və artırılması, torpaq-vətəndaş əlaqələrinin nizamlanması, ərazi vahidlərinin təyin edilməsi, geodeziya və xəritəçəkmə üzrə dövlət nəzarətini icra edən mərkəzi icra orqanıdır. DTXK üçün Strategiya Planı və Biznes Planının yaradılması Azərbaycan Hökuməti və BYİB tərəfindən maliyyələşdirilən “Azərbaycan Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” adlandırılan layihə çərçivəsində icra edilən fəaliyyətlərin bir hissəsi kimi həyata keçirilməkdədir. DTXK Strategiya Planının və Biznes Planının vəzifəsi də yuxarıda göstərilən xidmətlərin davamlı bütövlüyünü təkmilləşdirməkdir.
2014-cü il üçün Biznes Planının hazırlanmasında əlavə məsləhətçinin cəlb edilməsinə ehtiyac vardır. Tapşırığın məqsədi komitənin 2012-ci il üçün biznes planında bəzi çatışmazlıqları nəzərə alaraq beynəlxalq keyfiyyət standartlarına uyğun DTXK-nın 2013-cü il üçün Biznes Planının hazırlanmasıdır.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin Layihə İdarəetmə Qrupu müvafiq məsləhətçiləri (məsləhətçilər) xidmətlərin təmin edilməsində öz maraqlarını ifadə etməyə dəvət edir. Maraqlanan məsləhətçilər xidmətləri icra etmək üçün tələb olunan məlumatları təqdim etməlidirlər ki, məsləhətçi biznes planının hazırlanmasında ən azı 3 il təcrübəsi olan, maliyyə və illik biznes planları daxil olmaqla, strateji planlaşdırma üzrə ixtisaslaşmış şəxs olmalıdır. Həmçinin Biznes idarəçiliyi üzrə magistr dərəcəsi (MBA) və ya oxşar ixtisasa malik olmalıdır.Torpağın administrasiyası sahəsində təcrübəyə üstünlük veriləcək. İngilis dilini bilmək tələb olunur və Azərbaycan dili biliyinə üstünlük verilir.
Həmçinin məsləhətçi DTXK-nın 2014-cü il üçün biznes planı və yekun hesabatı beynəlxalq standartlara tam uyğun formada DTXK-ya və layihənin işçi qrupuna təhvil verməlidir.
Maraqlanan məsləhətçilər may 2004 tarixində nəşr edilmiş və may 2006-cı il və oktyabr 2010-cu ildə düzəliş edilmiş “Dünya Bankının Borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işlə təmin edilməsi” üzrə təlimatında (məsləhətçilərlə bağlı təlimat) Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətindən bəhs edən 1.9-cu paraqrafını nəzərə almalıdırlar.
Fərdi məsləhətçilər Dünya Bankının 2004-cü il, may tarixli və 2006-cı il oktyabr tarixində və 2010-cu il oktyabr tarixində düzəlişlər edilmiş məsləhətçilərin seçilməsi və işə cəlb olunması üzrə təlimatlarının V bölməsi (fərdi məsləhətçilərin seçilməsi) üzrə müəyyən edilmiş prosedurlara müvafiq olaraq seçiləcək.
Maraqlanan şirkətlər aşağıda göstərilən ünvandan iş günü ərzində, yəni saat 9:00-dan 17:00-dək daha ətraflı məlumat əldə edə bilərlər.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi, Layihə İdarəetmə Qrupu, Nigar Hüseynova, satınalmalar üzrə assistent, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası, Hüseyn Cavid prospekti, 31 A, 6-cı mərtəbə, otaq 612, AZ1073, Bakı şəhəri, Azərbaycan.
Email: [email protected] və ya [email protected]
Tel.: (+994 12) 510 91 45 (ext. 7227).
Fax: (+994 12) 510 91 47
Maraq ifadələri 8 aprel 2013-cü il tarixə kimi yazılı şəkildə aşağıdakı ünvana ya şəxsən, ya da elektron formada təqdim edilməlidir.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi
Layihə İdarəetmə Qrupu
Günel Səfərəliyeva, satınalma mütəxəssisi
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binası,
Hüseyn Cavid prospekti, 31 A, 6-cı mərtəbə, otaq 612,
AZ1073, Bakı, Azərbaycan.
Email: [email protected];
[email protected]
[email protected]
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.