Heydər Əliyev Mərkəzi əsgərlər arasında “Dövlətimi, xalqımı, ailəmi qoruyuram” mövzusunda müsabiqə elan edir

 

 

Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən əsgərlər arasında “Dövlətimi, xalqımı, ailəmi qoruyuram” mövzusunda əsgər məktubu müsabiqəsi elan edir.

Heydər Əliyev Mərkəzindən AzərTAc-a bildirmişlər ki,  əsgər məktubları “Vətənə əsgər kimi xidmət etməyin müqəddəsliyi nədədir?”, “Azərbaycan əsgəri dövləti, xalqı, ailəsi qarşısında öz borcunu necə yerinə yetirir?”, “Azərbaycan əsgəri, orduda xidmət barədə fikir və duyğularını bölüş, ən yaxşı əsgər məktubunun müəllifi kimi qalib ol!” kimi  məqamları əhatə etməlidir:

Əsgər məktubları martın 27-dən aprelin 27-dək poçt vasitəsilə Heydər Əliyev Mərkəzinə (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti) göndərilməlidir. Məktubun sonunda müəllifin adı, soyadı, atasının adı, ev ünvanı və ev telefonu, xidmət etdiyi hərbi hissənin nömrəsi qeyd olunmalıdır.

Qaliblərə mükafatlar təqdim ediləcəkdir. Müsabiqədə birinci yeri tutan 1 ədəd LED televizoru və 1 ədəd noutbuk, ikinci yerin sahibi 1 ədəd LED televizoru və 1 ədəd planşet kompyuteri, üçüncü nəticə göstərən isə 1 ədəd LED televizoru ilə mükafatlandırılacaqdır.

Müsabiqədə fərqlənən daha 50 nəfərə həvəsləndirici mükafat -LCD televizor təqdim ediləcəkdir.

Müsabiqə ilə bağlı suallar (+994 12) 505 60 01 əlaqə telefonunda cavablandırılır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında