Şriftin ölçüsü:
16.03.2013 12:33 | Oxunma sayı: 5207
Heç şübhəsiz ki, martın 8-də axşam, “Space”in canlı efirində “Binqo+8” lotereyasının tirajını izləyən lotereya həvəskarları həyəcanlı anlar yaşayıblar. Çoxminli teleauditoriyanın gözü qarşısında iştirakçılardan dördü “Chevrolet” Aveo avtomobilinə sahib oldular. Hesab edirik ki, qalan 4 avtomobili şərikli udan 19 oyun iştirakçısı və sanballı pul uduşlarına sahib olan daha onlarca həmvətənimiz xanımların bu zərif bayramını xüsusi ovqatla qeyd etdilər.
Hələlik, bu uduş sahiblərindən biri-Qusar rayonu Balaqusar kənd sakini Abdullayev Sərbəst Adıgözəl oğlu 2167 manat məbləğində uduşunu almaq üçün “Azərlotereya” ASC-yə müraciət edib. Qaydalara əsasən, uduşlar tirajdan sonrakı 7 iş günündən gec olmayaraq ödənməyə başlanır. Yəqin ki, bu günlərdə bütün uduşlar öz sahiblərinə təqdim ediləcək və fəaliyyətində şəffaflığa xüsusi önəm verən “Azərlotereya” ASC, həmişə olduğu kimi, qaliblər haqqında məlumatları KİV-lər vasitəsi ilə lotereya istehlakçılarına çatdıracaq. Bu məlumatlar isə, sözün əsl mənasında, yalnız müsbət emosiyalar doğurur. Özünüz baxın. Ötən ayın sonunda məlumat vermişdik ki, “5/36” lotereyasının 623-cü tirajında 151 950 manat məbləğində “Cek Pot” üç iştirakçı tərəfindən udulub. Həmin ərəfədə “6/40” lotereyasında da, 2013-cü ildə ikinci dəfə, 16 575 manat məbləğində “Cek Pot” uduldu. Bakı şəhər sakini Əliyev Cavid Rahib oğlu, Zaqataladan Həsənov Vahid İsa oğlu və Qəbələdən Mərdanov Rafiq Mahmud oğlu hər biri 50650 manata sahib oldular. Bu uduşdan sonra daha 6 iştirakçı mövcud “Cek Pot”un bir addımlığında dayanmış və yeri gəlmişkən, oyunu heç də əliboş tərk etməyiblər. Məsələn 637-ci tirajda onlardan biri, Bakı sakini Nağıyev Saleh Adil oğlu 3480 manata sahib oldu. “6/40” lotereyasında udulan 16 575 manat məbləğində “Cek Pot” isə Füzuli sakini Mirzəyev Hümbət Şura oğlunun qisməti imiş. Lakin lotereya uduşları təkcə “5/36” və “6/40” lotereyalarına aid deyil. “Binqo”nun 109-cu tirajında Şəki rayon Oxud kənd sakini Hümmətov Bəhram Rəcəb oğlu və 111-ci tirajında Bakı sakini Zülfüqarov Şamil Müsəyib oğlu “Chevrolet” Aveo avtomobillərinə sahib oldular. “Qızıl onluq” lotereyası sanki “Binqo” ilə yarışa giribmiş kimi, 8-ci və 9-cu tirajlarında Bakı sakinləri İsmayılov Aydın Rafael oğlu və Alışov Cavid Xanhüseyn oğlunu “Kia” Rio avtomobilləri ilə, Sumqayıt sakini Şəfiyev Şöyüb Aslan oğlunu isə 3488 manat uduşla sevindirdi. “Klassik loto” Füzuli sakini Zeynalov Kazım Kazım oğluna “Nissan” Sunny avtomobili ilə əsl uduş sevinci yaşatdı.
Məmləkətimizin bayram ovqatına kökləndiyi bu günlərdə, lotereya həvəskarları səbirsizliklə yeni lotereyanın, “Bahar Sevincləri”nin tirajını gözləyirlər. Bu lotereya oyun qaydalarının maksimum sadəliyi ilə fərqlənir. Diqqət edin. Birinci turda istənilən üfüqi sıralarından hər hansı biri ən tez dolmuş lotereya bileti və ya biletləri uduşlu sayılırlar. İkinci turda hər hansı iki üfüqi sırası üçüncü turda hər hansı üç üfüqi sırası, dördüncü turda hər hansı dörd üfüqi sırası, ən tez dolmuş lotereya bileti və ya biletləri uduşlu sayılırlar. Beşinci turda beş üfüqi sırası tam dolmuş bütün biletlər uduşlu sayılırlar. “Azərlotereya” ASC-nin digər tirajlı lotereyalarında olduğu kimi, “Bahar Sevincləri” oyununda da bütün 5 turda qalibliyə ilk namizədlər və ya lotereya həvəskarlarının dediyi kimi, ilk “gözləyənlər” mükafatlandırılırlar. Əsas oyun başlanmazdan əvvəl həvəsləndirici turda lototrondan çıxarılan 6 rəqəm lotereya biletinin nömrəsi ilə uyğun gələrsə, bilet orijinal “Nissan” Juke avtomobili qazanır. Lototrondan çıxan uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar yenidən lototrona qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir. Bu proses avtomobil lotereya iştirakçıları tərəfindən udulanadək davam etdirilir. Bu qayda əsas oyun başa çatdıqdan sonra “Chevrolet” Aveo və “Kia” Rio avtomobillərinin oynanılmasında da tətbiq edilir. Beləliklə, mart ayının 20-də axşam “Space”-in canlı efirində tirajı izləyənlər, çoxsaylı pul uduşları ilə yanaşı, yalnız həvəsləndirici turlarda 100 faiz iştirakçılara çatacaq “Nissan” Juke, “Chevrolet” Aveo və “Kia” Rio avtomobillərinin uduşuna azarkeşlik edəcəklər. Təkcə azarkeşlik etməyin, həm də bircə bilet almaqla iştirakçı olun!
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.