Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
Azərbaycan Sərhəd Mühafizəsinin 94-cü ildönümü münasibəti ilə müsabiqə
E L A N E D İ R
Müsabiqə gənc nəslin vətənə və dövlətə sədaqət ruhunda tərbiyə edilməsi, müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan sərhədlərimizin müqəddəsliyinin, Dövlət Sərhəd Xidmətinin əldə etdiyi nailiyyətlərin, sərhəd xidmətinin xüsusiyyətlərinin, cəmiyyətdəki rolunun və əhəmiyyətinin ictimaiyyətə çatdırılması, sərhədlərimizin mühafizəsi sahəsində əcdadlarımızdan miras qalmış milli-mənəvi dəyərlərin, ənənələrin yaşadılması məqsədini daşıyır.
Müsabiqə dörd nominasiya üzrə keçirilir - bədii ədəbiyyat (şeir, hekayə); təsviri sənət (rəngkarlıq, qrafika); televiziya verilişi və qəzet məqaləsi.
Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis olunur:
Bədii ədəbiyyat üzrə:
Şeir
I yer - 1-ci dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı;
II yer - 2-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;
III yer -3-cü dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.
Həvəsləndirici 3 yer:
hər birinə fəxri fərman və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.
Hekayə
I yer- 1-ci dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı;
II yer - 2-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;
III yer- 3-cü dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.
Həvəsləndirici 3 yer:
hər birinə fəxri fərman və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.
Təsviri sənət üzrə:
rəngkarlıq
I yer - 1-ci dərəcəli diplom və 800 (səkkiz yüz) AZN məbləğində pul mükafatı;
II yer- 2-ci dərəcəli diplom və 650 (altı yüz əlli) AZN məbləğində pul mükafatı;
III yer - 3-cü dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı.
Həvəsləndirici 3 yer:
hər birinə fəxri fərman və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.
qrafika
I yer- 1-ci dərəcəli diplom və 500 (beş yüz) AZN məbləğində pul mükafatı;
II yer - 2-ci dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı;
III yer- 3-cü dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı.
Həvəsləndirici 3 yer:
hər birinə fəxri fərman və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.
Televiziya verilişi üzrə:
I yer - 1-ci dərəcəli diplom və 800 (səkkiz yüz) AZN məbləğində pul mükafatı;
II yer - 2-ci dərəcəli diplom və 600 (altı yüz) AZN məbləğində pul mükafatı;
III yer -3-cü dərəcəli diplom və 400 (dörd yüz) AZN məbləğində pul mükafatı.
Həvəsləndirici 3 yer:
hər birinə fəxri fərman və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.
Qəzet məqaləsi üzrə:
I yer - 1-ci dərəcəli diplom və 300 (üç yüz) AZN məbləğində pul mükafatı;
II yer- 2-ci dərəcəli diplom və 250 (iki yüz əlli) AZN məbləğində pul mükafatı;
III yer-3-cü dərəcəli diplom və 200 (iki yüz) AZN məbləğində pul mükafatı.
Həvəsləndirici 3 yer:
hər birinə fəxri fərman və 100 (yüz) AZN məbləğində pul mükafatı.
Müsabiqənin şərtləri:
-Müsabiqədə yaşından asılı olmayaraq bütün yaradıcı şəxslər iştirak edə bilərlər.
-Müsabiqəyə təqdim olunan əsərlərin üzərində müəllif barədə məlumatlar göstərilmir. Həmin məlumatlar anketdə əks etdirilir (anketin forması qaydalara əlavə olunur) və zərfə qoyulur. Həm əsərin arxasında, həm də zərfin üzərində şərti ad qeyd olunur.
-Əsərlər müvafiq qaydada doldurulmuş anketlə birlikdə 2013- cü il iyun ayının 20-dək Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinə təqdim edilməlidir.
-Təsviri sənət üzrə iştirakçılar müsabiqəyə 90 x 70 santimetr ölçüdən kiçik olmamaqla əsərlər təqdim etməlidirlər.
-Təqdim olunan bütün əsərlərdə Azərbaycanın Sərhəd Mühafizəsi tərənnüm edilməlidir.
-Təqdim olunan işlər müsabiqəyədək heç bir yerdə çap, nəşr və yaxud nümayiş etdirilməməlidir.
Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30
Dövlət Sərhəd Xidməti Aparatının inzibati binası
Əlaqə telefonları: 498-01-69, 498-01-55
Müsabiqə iştirakçısının anketi _________________________________________________ (soyadı, adı, atasının adı)
Doğum tarixi _______________________________________ Təhsili _________________________________________
İş yeri, vəzifəsi _________________________________________
Ünvan, telefon (ev, iş, mobil)
_________________________________________ _________________________________________
Müsabiqəyə təqdim olunan işlər _________________________________________ _________________________________________
(əsərin adı)
İşi təhvil verdi: İşi təhvil aldı: ____________________________________________________________________
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.