Azərbaycan Respublikasının Mərkəzi Bankı

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı printer və surətçıxarma aparatları üçün kartriclərin satınalınması məqsədilə

TENDER   ELAN   EDİR

Tender proseduru 26 aprel 2013-cü il saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün ərizə;

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

- Azərbaycan dilində iki nüsxə tender təklifi (tender təklifi 11 iyun 2013-cü ilədək qüvvədə olmalıdır);

- tender təklifinin qiymətinin 1 (bir) %-i məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);

-  iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının əsas şərtlər toplusunda müəyyən edilmiş mallar üzrə həmin malları satmağa müvəkkil edildiyini təsdiq edən avtorizasiya forması (manufacturer authorization form);

- iddiaçının müvafiq sahədə korporativ müştəriləri və ən azı iki illik iş təcrübəsini (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu daxil olmaqla) əks etdirən məlumatlar.

3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 25 aprel 2013-cü il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 17 aprel 2013-cü il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidirlər:

Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı Hesab: № AZ25NABZ01701190000000001944

Kod: 501004

VÖEN: 9900071001 M/h:

AZ74NABZ01451700000000001944

Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamenti.

5. Xidmətin göstərilməsinə başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

Xidmətin göstərilməsi müddəti: 12 ay.

6. Qiymətləndirmə meyarları: maliyyə, təcrübə və zəmanət.

7. Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Əlaqələndirici şəxs: hüquq departamentinin əməkdaşı Əfqan Baxışov və İT departamentinin əməkdaşı R.Babaşov. Telefon: 493-11-22 (482/398).

Tender komissiyası 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında