Tenderə dəvət

 

 

Tarix: 28 fevral, 2013-cü il

Borc No: Yol Şəbəkəsinin İnkişafı üzrə İkinci İnvestisiya Proqramı üçün Çoxtranşlı Maliyyələşdirmə Mexanizmi, Layihə 1.

Müqavilənin adı və No-si: 02/2013/AZE Ələt - Astara avtomobil yolu, Masallı - Cəlilabad kəsişməsi (km 142+890 - km 110+300)

Təkliflərin son təqdim edilmə tarixi: 30 aprel, 2013-cü il saat 17:00

 

1.Azərbaycan Hökuməti Yol Şəbəkəsinin İnkişafı üzrə İkinci İnvestisiya Proqramının həyata keçirilməsi məqsədilə Asiya İnkişaf Bankından (AİB) borc alaraq həmin vəsaitin bir hissəsini həmin proqram çərçivəsində Ələt - Astara avtomobil yolu layihəsinin icrası istiqamətində aparılacaq ödənişlərə sərf etmək niyyətindədir. Borc vəsaitinin bir hissəsi yuxarıdakı layihə çərçivəsində aparılacaq ödənişlərə sərf ediləcəkdir. Tender yalnız Asiya İnkişaf Bankının məqbul hesab etdiyi ölkələrdən olan iddiaçılar üçün açıqdır.

2.Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti (sifarişçi) Ələt -Astara avtomobil yolunun Masallı - Cəlilabad yol kəsişməsinin (km 142+890 - km 110+300) tikintisi məqsədilə məqbul iddiaçılardan tender təkliflərini möhürlənmiş zərflərdə təqdim etməyə dəvət edir. Bu Cəlilabad stansiyasının yaxınlığında yerləşən qovşaqdan başlayan və Masallı şəhərinin cənubunda sona çatan 32.2 km uzunluğunda yol hissəsidir. Bu avtomobil yolu, mövcud yoldan ayrı olan yeni yol oxuna malikdir. Bu hissədə yerli dəmir yolu və avtomobil yolu daxil olmaqla 16 körpü və iki digər qovşaq vardır. Tikinti işlərinin iki il altı ay müddətində başa çatdırılması nəzərdə tutulur. 

3.Nəzərdə tutulan ixtisas meyarlarına cavab verən iddiaçılar  tikinti işlərinin həyata keçirilməsi üçün tender təkliflərini təqdim edə bilərlər.

4. İddiaçılar üçün nəzərdə tutulan ixtisas meyarlarına aşağıdakılar daxildir:

I.Son 3 il üzrə 180 milyon ABŞ dolları dəyərində illik minimal tikinti dövriyyəsi;

II.Maliyyə vəsaitlərinin axınına dair tələblərə cavab verməklə satıla bilən aktivlər, vergidən azad maddi aktivlər, kredit xətləri qismində maliyyə resurslarına malik olmaq;

III.Son 5 il müddətində icrası uğurla başa çatdırılmış və dəyəri 150 milyon ABŞ dollarından çox olan ən azı 2 oxşar müqavilə üzrə podratçı, icraçı podratçı və ya subpodratçı qismində xüsusi tikinti təcrübəsi;

IV.Son beş il ərzində aşağıda qeyd olunan əsas işlər üzrə minimal iş təcrübəsi:

a.Hər hansı bir il ərzində ən azı 2,200,000 kubmetr həcmində torpaq yatağının tikintisi;

b.Hər hansı bir il ərzində ölçüsü ən azı 7,000 m2 körpü döşəməsi ərazisi ilə yanaşı çoxaşırımlı körpünün tikintisi; 

c.Hər hansı bir il ərzində 100,000 m3 dənəvər yol geyimi materialının qoyulması; 

d.Hər hansı bir il ərzində 90,000 m3 asfaltın qoyulması. 

5.Beynəlxalq rəqabətli tender (brt) Asiya İnkişaf  Bankının tək mərhələli-iki zərfli tender proseduruna müvafiq olaraq həyata keçiriləcəkdir.

6.Tender sənədlərinə dair əlavə məlumat əldə etmək arzusunda olan iddiaçılar saat 10:00-dan 16:00-a qədər aşağıda qeyd olunan ünvanla əlaqə saxlaya bilərlər:

Əlaqə saxlanılan şəxs: cənab Seymur Qəhrəmanov Ünvan: Ü.Hacıbəyov küçəsi, 72/4 Mərtəbə/ otaq: 2-ci mərtəbə

Şəhər: Bakı

İndeks: AZ1010

Telefon: (+994 12) 4936009

Faks: (+994 12) 4936009

Elektron poçt ünvanı: [email protected]

7. Maraqlanan iddiaçılar 02/2013/AZE Ələt - Astara avtomobil yolu, Masallı - Cəlilabad kəsişməsi (km 142+890 to km 110+300) üzrə tender sənədlərini yazılı müraciətnamə təqdim edərək ingilis dilində olmaqla 200 (iki yüz) AZN və ya 250 (iki yüz əlli) ABŞ dolları məbləğində vəsaiti geri qaytarılmayan iştirak haqqı kimi “Azəryolservis” ASC- nin xəzinəsinə köçürməklə və nağd ödəməklə əldə edə bilərlər. Bank hesabı aşağıdakı kimidir: Azərbaycan Respublikası Beynəlxalq Bankın Nəqliyyat Filialı SWIFT: IBAZAZ2X

Hesab nömrəsi:

AZ21IBAZ38050019449345490205  AZN AZ11IBAZ38150018409345490205  USD ID kodu:  9900013141

8. “Azeryolservis” ASC tender təkliflərinin hazırlanması və çatdırılması ilə əlaqədar çəkilmiş hər hansı bir xərcə görə cavabdehlik daşımır.

9.Tələblərə uyğun şəkildə hazırlanmış tender sənədləri tender sənədində (tenderə dair məlumat vərəqəsi) təsvir olunmuş tender zəmanəti ilə birlikdə 30 aprel, 2013-cü il saat 17:00-dan gec olmayaraq 6-cı bənddə verilən ünvana təqdim olunmalıdır.

Müəyyən müddətdən (vaxtdan) gec təqdim olunmuş tender təklifləri qəbul olunmayacaqdır. Tender təklifləri iddiaçıların nümayəndələrinin iştirakı ilə təkliflərin son təqdim edilməsi tarixində açılacaqdır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında