Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsi 2013-cü ildə xidmətdə olan avtomobilləri müxtəlif ölçülü və markalı avtomobil şinləri və akkumulyator batareyaları ilə təmin etmək üçün
AÇIQ TENDER ELAN EDİR
Tender 2 lot üzrə 9 aprel 2013-cü il saat 15.00 -da təchizat idarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti, 161) keçiriləcək.
1-ci lot - müxtəlif ölçülü və markalı avtomobil şinləri (Avropa istehsalı Michelin və Jontinental firması) - 205/65-15 -300 ədəd, 185/65-14 - 200 ədəd, 205/60-16 - 420 ədəd, 185/65-15 - 2000 ədəd, 195/65-15 - 200 ədəd, 205/55-16 - 1350 ədəd, 215/60-16 - 50 ədəd, 235/60-16 - 130 ədəd, 205/75-15 - 300 ədəd, 205/16J(110/108M+F) - 6 ədəd, 225/60-17 - 350 ədəd, 11R22,5 - 20 ədəd, 205/75-17,5 - 14 ədəd, 7/R50-16 - 10 ədəd, 225/50-17 - 250 ədəd, 215/55-17 - 12 ədəd, 265/65-17 - 24 ədəd, 185/65-15 (qış üçün) - 100 ədəd;
2-ci lot - müxtəlif ölçülü və markalı avtomobil şinləri (Rusiya istehsalı Rosava firması) 185/75-16 - 20 ədəd, 215/90-15 - 300 ədəd, 175/70-13 -100 ədəd, 320/508 (12.00-20) - 12 ədəd, 240/508 (8,25R20) - 200 ədəd, 225/75-16S - 150 ədəd, 185/75-16 - 20 ədəd və 800 ədəd - 12 V 60AH akkumulyator batareyaları.
İddiaçılar lotlarda iştirak etmək üçün 821 manat 84 qəpik, 1-ci lot üçün 649 manat 30 qəpik, 2-ci lot üçün 172 manat 54 qəpik iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər:
Dövlət Xəzinədarlıq Agentliyi
kodu 210005,
VÖEN 1401555071,
müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22,
DİN-in Təchizat İdarəsi,
hesab AZ32JTRE00000000000002077770,
VÖEN 1500281641, BTK 142340 fond 7.
İddiaçılar iştirak haqqını həmin hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.
İştirak haqqı geri qaytarılmır.
Təchizat idarəsinin tender komissiyasına iddiaçılar tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:
-tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (30 bank günü qüvvədədir);
-tender təklifinin ümumi dəyərinin 2 faizi həcmində bank təminatı. Zərfin açılmasından sonra təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;
- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-vergi orqanlarından müvafiq arayış;
-malgöndərənin son bir ildəki(əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-keyfiyyət sertifikatı;
Tender təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydalara uyğun hazırlanaraq bank təminatı ilə birlikdə iddiaçı tərəfindən imzalanıb möhürlənərək ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfləri imzalanıb möhürlənir və tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2013-cü il aprel ayının 8-də saat 17-dək tender keçirənə təqdim edilir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.
Digər sənədlər tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış 2013-cü il mart ayının 29-da saat 17-dək satın alana çatdırılmalıdır.
Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;
-satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;
-ən aşağı qiymət və yüksək keyfiyyət.
Tenderdə iştirak etmək qərarına gələnlərin nəzərinə çatdırılır ki, satınalınacaq əmlaklar hər iki lot üzrə 2013-cü ilin dekabrınadək DİN-in Mərkəzi Bazasına göndərilməlidir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir.
Əlaqələndirici şəxslər- Habil Ağayev və Məhərrəm İbrahimov.
Telefonlar: 590-98-91, 590-80-22.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.