Azərbaycan Respublikası Mərkəzi Bankı

 

 

Real Vaxt Rejimində Banklararası Hesablaşmalar (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemlərinin (XÖHKS) texniki platformasını təşkil edən serverlərin, digər avadanlıqların və Oracle Verilənlər Bazasını İdarəetmə Sisteminin satın alınması üçün açıq tender keçirir.

Tender təkliflərinin açılış proseduru 24 aprel 2013-cü il  saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (AZ 1014, Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

-tenderdə iştirak üçün ərizə;

-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

-üç nüsxə tender təklifi (əsli və iki nüsxə surəti);

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;

-tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);

-son bir il üzrə maliyyə vəziyyəti barədə bank arayışı;

-Azərbaycan Respublikasında vergilərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

-iddiaçının müvafiq server və qurğuların alqı-satqısı sahəsində peşəkarlığını və təcrübəli mütəxəssislərə malik olmasını, o cümlədən təklif olunan serverlərin əməliyyat sistemləri üzrə ən azı 2 (iki) sertifikatlı mütəxəssisinin olmasını təsdiq edən sənədlər;

-iddiaçının UNIX bazasında qurulmuş oxşar informasiya sistemlərinin texniki platformalarının dəstəklənməsi üzrə ən azı 5 il iş təcrübəsinin olmasını təsdiq edən sənədlər; 

-istehsalçının iddiaçını təklif olunan server və qurğuları satmağa müvəkkil etdiyini təsdiq edən avtorizasiya forması (manufacturer authorization form);

-təklif olunan avadanlıqlar üzrə Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən sənədlər;

-iddiaçının əsas şərtlər toplusunda göstərilən ixtisas göstəricilərinə uyğunluğu barədə məlumat. İddiaçı ən azı 5 (beş) ildən az olmayan müddətdə hüquqi və maliyyə cəhətdən müstəqil fəaliyyət göstərən şirkət olmalıdır.

İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi amilləri: maliyyə və texniki amillər (avadanlıqların və standart proqram təminatlarının tələblərə uyğunluğu, iddiaçının təcrübəsi).

Serverlər, digər avadanlıqlar və standart proqram təminatlarının quraşdırılaraq təhvil verilməsi vaxtı: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 80 bank günü ərzində. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 23 aprel 2013-cü il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 15 aprel 2013-cü il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.

İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 300 (üç yüz) AZN məbləğində vəsait köçürməlidirlər: Azərbaycan Respublikasının Mərkəzi Bankı: hesab № AZ25NABZ01701190000000001944, kod: 501004, VÖEN: 9900071001, Müxbir hesab: AZ74NABZ01451700000000001944 SWİFT kod: NABZAZ2C.

Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Müxbir bank: FRNYUS33, Federal Reserve Bank of New York, ABA 021088221 AZER Beneficiary: NABZAZ2X, Central Bank of the Republic of Azerbaijan Int.acc.№: AZ25NABZ01701190000000001944

Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın inzibati binasından Azərbaycan və ingilis dillərində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Əlaqələndirici şəxs: Emil Rüstəmov (ödəniş sistemləri və hesablaşmalar departamentinin əməkdaşı).

Telefon: +994124931122 (548), elektron poçt ünvanı:

[email protected].

Tender komissiyası


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında