Uduş yarışı-avtomobil yağışı!

 

 

“Binqo+8”-də  8 ədəd  Chevrolet “Aveo”

Ötən ilin son yazısında qeyd etmişdik ki, 2013-cü ilin əvvəlindən lotereya iştirakçılarını ənənəvi lotereyalarda yalnız “Cek Pot” tipli uduşlar üzrə ümumi məbləği 900 000 manatadək uduşlar gözləyirlər. Budur, cari ilin yalnız ikinci ayı bitir və biz artıq neçə rekord uduşun şahidi olmuşuq. “6/40" oyununda, yanvar ayında 149 745 manat məbləğində rekord uduşdan heç iki həftə keçməmiş  16 575 manatadək yüksəlmiş yeni ”Cek Pot" uduldu.

Son bir ayda 7 iştirakçı günü-gündən artmaqda olan “Cek Pot”un bir addımlığınadək çatır və yalnız son mərhələdə dayanaraq, təxminən 3700-4700 manat uduşla kifayətlənməli olurdular. “Cek Pot”un məbləği 151 950 manata çatanda bu hücumlardan biri axır ki, qalibiyyətlə başa çatdı və uduş üç xoşbəxt iştirakçı arasında bölündü. Əslində, bizim, Gəncə uduş rekordunun tezliklə təzələnəcəyi haqqında proqnozumuz özünü doğrultdu. Yanvar ayının 149 745 manat məbləğində uduş rekordu, fevral ayında daha böyük məbləğdə əldə edildi. Sadəcə, bir iştirakçı üçün rekord uduşu, hələlik Gəncə şəhər sakini Məmmədov İlham Aydın oğluna məxsusdur. Razılaşarsınız ki, 002871, 003642 və 003654 nömrəli biletlərin sahibləri rekord uduşu üç yerə bölməkdən elə də pəjmürdə deyillər. Onlar hərəyə nə az, nə çox, 50650 manat udmaqla öz yeni həyatlarına sevinc qapısını açıblar və yəqin ki, növbəti yazılarımızda onların bu haqda fikirləri ilə tanış olacaqsınız.

Gərgin anlar təkcə “6/40" və ”5/36" lotereyalarında yaşanmır. “Meqa Pot”un məbləği 155000 manata çatan “Klassik loto”-da öz sadiq iştirakçılarına həyacanlı anlar və sevinc yaşatmaqda davam edir. Bu lotereya Saatlı rayon sakini Abdullayev Cəbrayıl Xudayar oğlunu Nissan “Sunny” avtomobilinə, Naxçıvandan Abdullayev Durab Yaqub oğlunu isə 2000 manata sahib etdi. İştirakçıları gözəl avtomobillərə sahib edən, təkcə “Klassik loto” deyil. Sumqayıt şəhər sakini Abbasov Faiq Baxış oğlu “Qızıl onluq” lotereyasının 7-ci tirajında “Kia Rio” avtomobilinə sahib oldu. 2 övlad atası, 43 yaşlı Faiq Abbasovun sevincinin həddi-hüdudu yoxdur. Avtomobil uduşlarından söhbət düşmüşkən,  Yevlax şəhər sakini Babayev Elşən Haqverdi oğlunun uduşunu xüsusi qeyd etməyə dəyər. “Avto Sürpriz” lotereyası gənc Elşəni bir an içərisində “Toyota Prado”nun sahibinə çevirdi.

Bayramlar ayı olan mart ayının ilk zəriflik və gözəllik bayramında insanlara sevinc gətirən hədiyyələr içərisində 8 ədəd “Chevrolet Aveo” avtomobili olacaq. Bu avtomobillər artıq satışda olan “Binqo+8" lotereyasındandır. Üzərində əziz xanımlara bayram təbriki olan ”Binqo+8" lotereya bileti görünüşcə nəfis işlənmiş gözəl açıqca və 8 ədəd Chevrolet Aveo avtomobili deməkdir. Yeri gəlmişkən, Novruz bayramınıza Nissan “Juke”, Chevrolet “Aveo” və KIA “RİO” avtomobilləri və çoxlu pul uduşları ilə gələn “Bahar Sevincləri” lotereyası da artıq satışdadır! Reklamda göstərildiyi kimi, yazın gəlişini “Binqo+8"-dən 8 Chevrolet ”Aveo", “Bahar Sevincləri”ndən Nissan “Juke”, Chevrolet “Aveo” və  KIA “RİO” avtomobillərinin sükanı arxasında qarşılayın!


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında