Azərbaycan Respublikası Mərkəzi Bankında Temenos Bank Əməliyyat Sisteminin texniki və proqram platformalarının yenilənməsi üçün
T E N D E R E L A N I
1.Azərbaycan Respublikasının Mərkəzi Bankı Temenos Bank Əməliyyat Sisteminin texniki (server, şəbəkə avadanlıqları, fasiləsiz qida mənbəyinin alınması) və proqram platformalarının yenilənməsi (Base əsasında fəaliyyət göstərən R07 versiyasının son versiyaya keçirilməsi) məqsədilə açıq tender keçirir.
Tender proseduru 18 aprel 2013-cü il saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcəkdir.
2.Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
-Tenderdə iştirak üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
-iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
-Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
- Azərbaycan dilində iki nüsxədə tender təklifi (tender təklifi 3 iyun 2013-cü il tarixədək qüvvədə olmalıdır);
-tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);
-Mərkəzi Bankın müəyyən etdiyi tələblərə oxşar olan son 5 (beş) il ərzində yerinə yetirilən ən azı 2 (iki) layihənin açıqlanmasını və ən azı 2 (iki) müştərinin adlarını, ünvanlarını və telefon nömrələrini əks etdirən sənəd;
-təklif olunan sistem və avadanlıqlar üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiq edən sənəd;
-əsas şərtlər toplusunda nəzərdə tutulmuş iddiaçıya dair digər məlumatlar.
3.İddiaçı ən azı 5 (beş) ildən az olmayan müddətdə hüquqi və maliyyə cəhətdən müstəqil fəaliyyət göstərən şirkət olmalıdır.
4.İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 17 aprel 2013-cü il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 9 aprel 2013-cü il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
5.İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 300 (üç yüz) manat məbləğində vəsait köçürməlidirlər: Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № AZ25NABZ01701190000000001944, m/h AZ74NABZ01451700000000001944, kod 501004, VÖEN 9900071001.
6.Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № AZ25NABZ01701190000000001944.
7.Temenos Bank Əməliyyat Sisteminin texniki və proqram platformalarının yenilənməsi müddəti: tender üzrə satınalma müqaviləsi imzalandığı gündən 12 (on iki) ay ərzində.
8.İddiaçıların tender təkliflərinin qiymətləndirilməsi amilləri: maliyyə və texniki amillər (iddiaçının təcrübəsi, proqram və texniki platformaların spesifikasiyası).
9.Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 32 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan və ingilis dillərində tərtib edilmiş tenderin əsas şərtlər toplusunu əldə edə bilər.
Tender üzrə əlaqələndirici şəxs: Fərid Osmanov (İnformasiya Texnologiyaları Departamentinin əməkdaşı). Telefon: 493-11-22 (507),
faks: 493-83-41, elektron poçt ünvanı: [email protected].
Tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.